Ölkə futbolu
Şeydayev: “Səmədov “krutoy mujik”di”

“Aleksandr Səmədovla daha çox futboldan, Azərbaycan millisindən danışırdıq. Yığmadakı durumu soruşurdu, özünün zamanında Azərbaycan millisinə getməməsinin səbəbini deyirdi”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev “YouTube”dəki “İbrakadabra” kanalına müsahibəsində deyib.
Moskva "Dinamo"sunun hücumçusu Rusiya yığmasının sabiq futbolçusu olan Azərbaycan əsilli Səmədovla bağlı xatirələrini bölüşüb: “Onunla “Krılya Sovetov”da bir yerdə oynadıq. Bakıda keçirilən Avropa Liqasının finalının səfiri idi. Mənə Azərbaycana səfərindən danışdı. Belə başa düşdüm ki, Bakını çox bəyənib. Səmədov “krutoy mujik"di”.
Şeydayevin sözlərinə görə, futbolçu karyerasını başa vurduqdan sonra yaşamaq üçün Azərbaycana köçməsi mümkündür: “Bakıda çoxlu sayda gözəl yer var. Məsələn, Heydər Əliyev Mərkəzinə getmək olar. Dənizkənarı Bulvarda xeyli restoran var. Ən bəyəndiyim şəhərləri belə sıralayardım: Sankt-Peterburq, Bakı və Moskva. Piter mənim üçün doğmadır, orada doğulmuşam. Bakı isə mənim üçün çox komfortdur. Ola bilər ki, futbolçu karyeramı başa vurandan sonra ora köçəm. Hələlik dəqiq deyə bilmərəm. Lakin bu variant tamamilə mümkündür. Azərbaycanda məni daha çox tanıyırlar. Amma Bakıda ulduz sayılmağımla razı deyiləm”.
Gənc forvard aparıcının “Azərbaycanlı futbolçulardan biri deyirdi ki, dindar olduğu, namaz qılıb, oruc tutduğu üçün böyük klubda oynamaq onda alınmayıb. Bu barədə nə deyə bilərsiniz?” sualını belə cavablandırıb: “İbadət etməyim mənə mane olmur. Bəlkə kimlərinsə bu cür stereotipləri var. Ancaq oruc tutan zaman məşq və ya ondan kənarda çətin olmur. Özümü normal hiss edirəm”.
Şeydayev Türkiyənin “Trabzonspor” klubunda özünü niyə göstərə bilməməsinə də toxunub: “Trabzonda niyə alınmadı? Çünki şans vermədilər, etibar etmədilər. Karyeramla bağlı heç nəyə görə təəssüflənmirəm”.
Yığma üzvü Rusiyanın “Zenit” komandasında çıxış edən zaman futbolçu Halkla bağlı bir əhvalat danışıb: “Zenit”də Halkın fiziki cəhətdən nə qədər güclü olduğunu göstərən video-çarxın çəkilişi zamanı Andrey Arşavin də var idi. Amma o, ikinci planda qalmışdı. Orda mənimlə bərabər bir neçə gənc futbolçu da topla oynayırdı, Halk zərbə vurandan sonra isə top partladı. Başqa bir epizodda Halk ad günü münasibəti ilə şamları üfürən vaxt Andreyin əlindəki tort uçdu. Arşavin mənim üçün əfsanədir, Halkdan üstündür”.
Qeyd edək ki, Ramil Şeydayev karyerası ərzində “Dinamo”, “Krılya Sovet”, “Zenit” və “Trabzonspor”la yanaşı, Slovakiyanın “Jilina” və “Qarabağ” komandalarının formasını geyinib (“Report”).

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi” daha iki transferi rəsmiləşdirdi - ÖZƏL
- Vüqar Nadirovla yolları ayıran “Şəmkir”də yeni baş məşqçi
- “Turan Tovuz” “Benfika”nın yetirməsini transfer edir - EKSKLÜZİV
- “Kəpəz”dən ayrılan futbolçu “Səbail”də - ÖZƏL
- Firuz Abdulla: “Ümidvarıq ki, turnir cədvəlində əlifba sırası “Səbail”in “S”-i ilə pozulacaq”
- Erkin İbrahimov “Kəpəz”dən gedir?
- “Kəpəz” ölkə xaricindən məşqçi gətirir
- "Neftçi" Ozobiçlə yollarını ayırdı
- “Sabah”dan ayrılan İrasabal sabiq “Neftçi”linin yanına yollandı
- “Neftçi” hazırlığa start verdi
- “Səbail”in hücumçusu legioner həyatı yaşayacaq - ÖZƏL
- Rəşad Sadıqovdan “Neftçi” rəhbərliyinə təşəkkür
- Andrade “Neftçi”yə keçməyəcək
- “Araz-Naxçıvan” ilk transferini reallaşdırdı
- Dünən “zero” təkcə pivə deyildi
-
21:57
“Sabah” öz meydanında “Çelye”yə məğlub oldu
-
21:05
Redon Cica "Qarabağ"dan getdi
-
18:46
"Şamaxı" heyətini braziliyalı müdafiəçi ilə gücləndirdi
-
18:11
"Turan Tovuz"dan növbəti transfer
-
17:43
Saşa İliçin köməkçiləri müəyyənləşdi
-
17:32
“Sumqayıt”da portuqaliyalı müdafiəçi
-
17:20
Azərbaycanı Cənubi Koreyada 4 parataekvondoçu təmsil edəcək
-
16:18
“Arsenal”dan yeni transfer
-
15:54
Azərbaycanı avrokuboklarda təmsil edəcək klublar müəyyənləşib
-
15:29
“Kağız üzərində favorit “Araz-Naxçıvan”dır”
-
15:05
"Karvan"da yeni müqavilə
-
14:49
SOCAR Türkiyə klubunun forma sponsoru oldu
-
14:16
İlham Zəkiyevin müəllifi olduğu kitablar işıq üzü görüb
-
13:53
“Mingəçevir”də yeni baş məşqçi
-
13:37
“Hayduk”u “Portu”ya dəyişdi
-
13:21
Millimiz FIFA reytinqində gerilədi
-
13:04
“Neftçi”: 3 illik tərəfdaşlıqda yeni səhifə
-
12:48
“Sumqayıt”dan ayrılıb “Paxtakor”a keçdi
-
12:32
Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti Bakıda elmi-praktik təlim keçib
-
12:15
Korrea Meksika klubunda
-
11:59
Millimizin üzvü oynadı, komandası bərabərə qaldı
-
11:26
Naxçıvanda C kateqoriyalı məşqçi kursları keçiriləcək
-
11:03
“Karvan” 5 futbolçusu ilə yolları ayırıb
-
10:41
Azərbaycanın stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
-
10:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
“Araz-Naxçıvan”ın rəqibi “AZ Alkmaar”a uduzdu
-
09:30
PSJ "Real"ı darmadağın etdi VİDEO
-
20:39
“Zirə” Türkiyə klubuna qalib gəldi
-
19:15
Karlos Tevezin yeni iş yeri bilindi
-
18:48
“Səbail” “Bakı”nın daha bir yetirməsini transfer etdi
-
18:07
"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşıb
-
17:52
Elmar Baxşıyevdən qələbə şərhi
-
17:24
Erkin İbrahimov “Kəpəz”dən gedir?
-
17:19
“Araz-Naxçıvan”dan darmadağın
-
16:33
“Şamaxı”da növbəti ayrılıq
-
15:41
Ümumdünya Universitet Oyunlarında iştirak edəcək cüdoçularımzı müəyyənləşib
-
15:26
"Qarabağ"ın Avstriya toplanışı davam edir FOTOLENT
-
15:15
“Gəncə”də argentinalı məşqçi
-
14:58
“Zirə”nin legioneri: “Səyahətimiz davam edir”
-
14:37
Voleybol Federasiyası məşqçi-müəllimlər üçün kurs təşkil edəcək
-
14:02
“Hayduk” - “Zirə” oyununda italiyalı baş hakim
-
13:44
Basketbol millimiz Kosovoya qalib gəldi
-
13:29
"Kəpəz" müdafiəçisi ilə vidalaşıb
-
12:53
Asim Xudiyev Konfrans Liqasına təyinat alıb
-
12:16
İki karateçimiz Dünya Kubokunda medal qazanıb
-
11:08
“Araz-Naxçıvan”ın Avstriyadakı oyunlarının təqvimi açıqlandı
-
10:45
AMADA-nın təşəbbüsü ilə Antidopinq İntizam və Apellyasiya Komitələrinin üzvləri üçün təlim keçirilib
-
10:27
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
ÇL: “Qarabağ”ın potensial rəqibləri Dublində qarşılaşacaqlar
-
09:54
“Araz-Naxçıvan” Ərzurumda ilk oyununa çıxır
10.07.2025
09.07.2025













