3 Yanvar 2026, Şənbə
“Neftçi”nin hazırlıq planı bilindi
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə

Ölkə futbolu

Aftandil Hacıyev: “Rəqib bizimlə müqayisədə daha hazırlıqlı idi”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev “Lokomotiv” klubu ilə qarşılaşdıqları yoxlama oyunundan sonra fikirlərini bildirib.
 
Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Hacıyev 0:1 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:
 
“Toplanış çərçivəsində ilk oyunumuz idi. Əsasən gənc oyunçularımıza şans verdik. Təcrübəli futbolçularımızın bir neçəsi komandaya yeni qoşulub və onlar hələ ki oynamağa tam hazır deyil. Rəqibdən fərqli olaraq, hazırda biz hazırlığın ilkin mərhələsindəyik. Bolqarıstan çempionatının təqviminə uyğun olaraq, rəqibimiz bizimlə müqayisədə daha hazırlıqlı idi. Bununla belə, oyuna nəzarət etməyə çalışırdıq. Sadəcə, gənc oyunçularımızın təcrübəsi çatmadı ki, rəqib qapısı qarşısında daha təhlükəli epizodlar yaradaq”.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31