23 Avqust 2019, Cümə
III turun oyun cədvəlini açıqlandı
"Estremadura" Mahirdən imtina edir
Milli komandamız PES-2020-də
Xanım Dabo da Bordindən narazıdı

Ölkə futbolu

Hamşik: "Hücum futbolu oynayıb qələbə qazanmaq istəyirik"

"Əsas qələbə qazanmaqdır. Hesabın fərqi yoxdur. Bunu qol buraxmadan edə bilsək, daha yaxşı olar".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Slovakiya millisinin kapitanı Marek Hamşik Avro-2020-nin seçmə mərhələsində Azərbaycanla keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
 
31 yaşlı yarımmüdafiəçi Bakıda kifayət qədər slovakiyalı azarkeşin olduğunu və onların dəstəyini hiss etdiyini söyləyib: "Azərbaycan - Macarıstan görüşün izləmişik. Macarların da Bakıda kifayət qədər fanatı var idi".
 
Təcrübəli oyunçu Azərbaycan millisi və ölkə haqqında da danışıb: "Azərbaycan yaxşı ölkədir. Bakı gözəl şəhərdir. Bakı Olimpiya Stadionunda məşq etdik. Beynəlxalq səviyyədə çox oyun keçirmişəm. Rəqib haqqında məlumatım az idi. Nəzərə alsaq ki, onlar qələbə qazanmayıb. Bünün üçün mübarizə aparacaqlar. Biz Bakıya uduzmaq üçün gəlməmişik. Sabah hücum futbolu oynayıb qələbə qazanmaq istəyirik. Ümidvaram ki, uduzmayacağıq. Sabah pressinq göstərib və aqressiv oynamalıyıq. Nəticəni öz xeyrimizə dəyişə biləcəyik. Rəqibin topa sahib olmasının qarşısını almalıyıq. Azərbaycanın yaxşı oyunçuları var".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31