24 Noyabr 2025, Bazar ertəsi
"Neftçi" "İmişli"yə məğlub oldu
“Qarabağ” Neapola yollanır
“Zirə” “Qəbələ”ni məğlub etdi
"Qarabağ" "Sumqayıt"a qalib gəldi

Ölkə futbolu

“Sumqayıt”, “Neftçi” və “Kəpəz”in futbolçuları cəzalandı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, 19 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XVIII turunun “Sumqayıt” - “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 73-cü dəqiqəsində “Sumqayıt” klubunun 39 №-li futbolçusu Emin Mehtiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

20 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XVIII turunun “Kəpəz” - “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 50-ci dəqiqəsində “Neftçi” klubunun 6 №-li futbolçusu Ferraro Silva Ailton idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 53-cü dəqiqəsində “Kəpəz” klubunun 23 №-li futbolçusu Tural Nərimanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

20 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XVIII turunun “İnter” - “Xəzər Lənkəran” matçının 42-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30