7 Oktyabr 2025, Çərşənbə axşamı
"Turan Tovuz"da yeni müqavilə
Emin Mahmudov üçün yubiley
"Araz" Naxçıvana yollanır
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Rəşad Sadıqov: "İstirahət haqda düşünmürük"

“Qarabağ"ın futbolçusu Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 17-ci turunda "Sumqayıt"la bərabərə qaldıqları oyunu (2:2) şərh edib. Futbolxeber.az-ın məlumatına görə, o, çempionatdakı ən yaxşı oyunlarından birini keçirdiklərini deyib:

"Sadəcə olaraq qol imkanlarından çox istifadə edə bilmədik. Rəqib isə kiçik səhvlərimizdən istifadə edib iki qol vurdu. Komandam yaxşı futbol oynadı. 90 dəqiqə sürətli oynadıq. Şükürlər olsun ki, məğlub olmadıq. Son anda məğlubiyyətdən qaçdıq".

O, komandaya istirahət lazım olduğunu vurğulayıb: "Hər bir komandaya istirahət lazımdır. Amma hazırda bu haqda düşünmürük. Qarşıda vacib oyun var. Üç gün sonra "Qəbələ" ilə oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, hər şey yaxşı olsun".

R.Sadıqov yan xatt hakiminin qərarları barədə də danışıb: "Yan xətt hakiminə bəzi etirazlarımı bildirdim. Bir-iki epizodda mənə elə gəlir ki, faul yox idi. Futbolda belə şeylər olur".

Mənbə: qol.az

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31