Ölkə futbolu
Kazbek Tuayev: “Heç vaxt geriyə dönüb baxmamışam”
AFFA-nın İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev affa.az saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Kazbek müəllim, 75 illik yubileyiniz münasibətilə sizi təbrik edirik. Əhval-ruhiyyəniz necədir?
- Təbrik üçün təşəkkür edirəm. Daim ünsiyyətdə olduğum çoxlu dostlarım, tanışlarım var. Xarakter etibarilə kiminləsə problem yaşayan biri deyiləm. Bu da əhvalımın çox zaman müsbət olmasına kömək edir. Prinsipcə, hər şeydən razıyam. Xüsusilə də, Azərbaycanda, Bakıda anadan olduğum və burada yaşadığım üçün çox xoşbəxtəm. İki oğlum var. Onlar da Bakıda anadan olublar, burada ali təhsil alıblar. Lakin hazırda başqa ölkədə yaşayırlar. Gözəl ölkəmiz və şəhərimiz var. Həyat səviyyəmiz də yüksəkdir. Bütün bunlara görə ümumilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevə minnətdarıq. Əgər Heydər Əliyev bizim respublikanı qurubsa, İlham Əliyev onu mirvariyə, brillianta döndərib. Belə zamanda yaşadığımız üçün çox xoşbəxtik. Əgər əvvəllər Azərbaycan haqqında çox az şey bilirdilərsə, indi hətta Bakı barədə də məlumatı olmayan şəxs yoxdur. Bu da bizim xoşbəxtliyimizdir.
- 75 yaşın “pəncərəsindən” dünya sizin gözünüzdə necə görünür?
- Əlbəttə ki, illər keçdikcə dünya da dəyişir, həyata baxış fərqli olur. 7 yaşlı nəvəm var. O, bütün məlumatları, kompüter, internet vasitəsi ilə ala bilir. Əvvəllər belə məlumatları yalnız qəzet vasitəsilə öyrənmək olurdu. İndi hamı, hətta uşaqlar da müasir texnologiyadan istifadə etməyi bacarır. Ölkəmiz belə yüksək səviyyədə inkişafı isə məni daha da sevindirir.
- Özünüzü iki-üç cümlə ilə necə xarakterizə edərdiniz?
- Özüm barədə danışmaq bir qədər çətindir. Bu barədə yalnız uzun illər mənimlə birgə çalışan insanlardan soruşmaq daha yaxşı olardı. Sadəcə, onu qeyd edə bilərəm ki, indiki dövrdə də sevimli peşəmlə, futbolla, məşqçilik işi ilə məşğul olmağımdan tam razıyam. Futbolla məşğul olan uşaqları görmək məni daha da gümrahlaşdırır. Bu cür şəraiti yaratdığı üçün Gənclər və İdman Nazirliyinin və AFFA-nın rəhbərliyinə təşəkkür edirəm.
- Həyatınızda sevincli anların sayı çox olub, yoxsa kədərli günləri daha çox xatırlayırsınız?
- Mənim kimi optimist insanın həyatında sevincli anların sayı daha çox olur. Çünki yanımda daim dostluğa sadiq, güclü xarakterə malik insanlar olub. Həmçinin qohum-əqrabamı da qeyd etməliyəm. Buna baxmayaraq, həyatda həmişə şad günlər olmur. Lakin kədərli, çətin anlarımda yaxın insanların ətrafımda olması mənə hər şeyi unutdurub.
- Şübhəsiz, bu illər ərzində çoxlu dostlar qazanmısınız. Özünüz qədər güvəndiyiniz dostlarınız varmı?
- Məncə, yaxşı dost insanın xoşbəxtliyidir. Həmişə yaxın dostlarım olub. Təəssüf ki, onların çoxu artıq dünyasını dəyişib. Sergey Kramarenko kimi yaxın dostumun həyatdan getməsinə çox üzülürəm. Həmçinin dahi insan, həmişə pərəstiş etdiyim, bütün ömrüm boyu mənə köməklik edən Ələkbər Məmmədov da həyatda yoxdur. Nəinki mən, bütün futbol ictimaiyyətimiz Ələkbər müəllimə çox şey borcludur. Belə insanlarla birgə işləməyim, onlarla dostluq etməyim məni güclü insan edib. Bundan başqa, hazırda Moskvada yaşayan, keçmiş futbolçu Yuri Kuznetsovla, eləcə də Yaşar Babayevlə dostluq edirəm. Mərhum Mübariz Zeynalovla, Adil Babayevlə də əla münasibətimiz olub. 60 ilə yaxındır tanıdığım Valeri Hacıyevi də yaddan çıxarmamalıyam. Təəssüf ki, o, hazırda bir az xəstədir.
- İstər karyeranızda, istərsə də, həyatınızda “kaş belə etməzdim” dediyiniz anlar çoxmu olub?
- Açıq deyim ki, heç vaxt belə mövqeyim olmayıb, geriyə dönüb baxmamışam. Məktəbi, institutu Azərbaycan dilində oxumuşam. Lakin azərbaycanca danışmaqda bir az çətinlik çəkirəm (gülür). Bu da o dövrdə, demək olar ki, hamının rus dilində danışması ilə əlaqədardır. Uşaqlıqdan futbola həvəsim olub. Bu sənəti seçdiyimə görə heç vaxt təəssüflənməmişəm. Həyatda qazandıqlarımı məhz futbolun sayəsində əldə etmişəm. Buna görə Allaha şükr edirəm. Ailəmdən də tam razıyam. Həyat yoldaşımla 8-ci sinifdən bir yerdə oxumuşam, eyni partada əyləşmişəm. O, mənim üçün iki oğul böyüdüb, xoşbəxtliyimiz üçün hər şey edib. Lyudmila xanımsız həyat mənim üçün çətin olardı. Ona Allahdan cansağlığı arzu edirəm. Belə həyat yoldaşım olduğu üçün bəxtim gətirib.
- Hazırkı vəziyyətdə istər futbolda, istərsə də həyatda sizi narahat edən nədir?
- Uşaqlarımın mənimlə birgə yaşamaması məni çox narahat edir. Oğlanlarımdan biri Moskvada, digəri isə Kanadada yaşayır. Şəxsi mənada, bundan başqa narahatçılığım yoxdur. Futbolumuzun isə layiq olduğu yüksək səviyyəyə çatmasını arzu edirəm.
- Gənclərə nə tövsiyə edərdiniz?
- Gənclərimizə sülh, əmin-amanlıq arzulayıram. Heç zaman müharibə olmasın. Özümə nə arzu edirəmsə, onlara bunun yüz qatını arzulayıram. Onlara düzgün, təmiz insan olmalarını, Vətəni sevmələrini tövsiyə edirəm.
|
K.Tuayev gozel futbolcu olub,men onun oyununu cox izlemisem,teesufki indi bele futbolcular yoxdur!!!
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- AFFA PFL-ə qarşı açıq hücuma keçib - Məqsəd qurumun ləğvidir
- "Sabah"ın məşqçisinin qeyri-etik jesti qalmaqala səbəb oldu
- “Səbail” kapitanı ilə yollarını ayırır
- Berdıyevdən mini master-klass
- “Neftçi” və “Araz-Naxçıvan”dan böyükhesablı qələbə
- “Zirə”nin yeni transferi: “Həyati təhlükəm olduğu üçün oradan ayrıldım”
- Futzal millimizdə yeni məşqçi təyinatı
- “Səbail” Adil Şükürovla yola davam edir
- “Neftçi”dən alqışlanası addım: O tribunaya Anatoli Banişevskinin adı verildi
- Qurbanov məğlubiyyəti şərh etdi
- Qurban Qurbanov: “Bizə ədəbsizlik etmişdi, bildirdim ki, üzr istəmək lazımdır”
- Ceykob Merfi: “Qarabağ”a qarşı oyunumuz mövsümdəki ən yaxşı matçımız idi”
- Elvin Cəfərquliyev: “Daha sadə oynasaydıq, bəzi qolları buraxmazdıq”
- “Berdıyevin necə güclü məşqçi olduğunu hələ Rusiyada çıxış edərkən bilirdim”
-
22:42
"Neftçi" "İmişli"ni meydana çıxmağa peşman etdi VİDEO
-
22:00
Yuri Vernidub: “Borcumuzu qaytarmalıydıq”
-
21:23
“Qarabağ” uduzdu, “Neftçi”dən darmadağın
-
20:38
“Neftçi”nin hücumçusu mükafatlandırıldı
-
19:09
"Qarabağ" "Kəpəz"ə məğlub oldu VİDEO
-
18:46
Azər Bağırovdan qələbə şərhi
-
18:31
Qurban Qurbanov: “Penalti olduğunu düşünürəm, Rauf Cabbarov da sağ olsun”
-
17:25
“Zirə”dən Ruanda yığmasına
-
16:54
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
-
15:17
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
-
14:00
Orxan Məmmədov: “Heyətimizə əl gəzdirsək, bu məqsədə çata bilərik”
-
13:42
Millimizə 27 futbolçu dəvət aldı
-
12:38
Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb
-
12:23
Basketbol millimiz Türkiyədə bürünc medal qazanıb
-
11:49
“Qarabağ”ın hücumçusu Kolumbiya millisindən kənarda qaldı
-
11:06
"Böyük Dəbilqə": İlk gündə 4 cüdoçumuz mübarizəyə start verir
-
10:51
"Selta" "Lion"u mübarizədən kənarlaşdırdı VİDEO
-
10:35
"Qarabağ"ın səfər, "Neftçi"nin ev sınağı
-
10:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
II Liqada 22-ci turun oyun cədvəli açıqlandı
-
09:47
"Beşiktaş"ın qələbəsi VİDEO
-
09:30
“Neftçi”dən azarkeşlərə çağırış: Novruz ab-havalı fan-zona sizi gözləyir!
-
23:31
"Neftçi" "İmişli" ilə oyuna hazırdır FOTOLENT
-
22:47
"Böyük Dəbilqə": Cüdoçularımızın ilk rəqibləri bəlli olub
-
22:19
U-21 millimizin heyəti açıqlandı
-
21:22
Bakı Avarçəkmə və Kanoe İdman Klubunda tələbələr üçün təlim keçirilib
-
21:05
"Zirə" "Karvan-Yevlax"a çətinliklə qalib gəldi
-
20:53
"Neftçi" "İmişli" ilə oyuna itki ilə çıxacaq
-
19:36
"Karvan-Yevlax" - "Zirə" matçında tək qol VİDEO
-
19:14
Cüdo Federasiyası kəmər dərəcələri üzrə imtahan təşkil edib
-
18:48
Füzuli Məmmədov: "Qolumuz sayılmalı idi"
-
18:25
Rəşad Sadıqov: "Təqvimə baxanda qorxulu yuxuya bənzəyir"
-
17:57
Banişevskinin xatirəsinə həsr olunan "Bakı Kuboku" beynəlxalq turniri başlayıb
-
17:32
I Liqada 19-cu tura yekun vuruldu
-
17:11
“Neftçi” İK vahid lider oldu
-
16:00
Azərbaycanı Barselonada üç paraüzgüçü təmsil edəcək
-
15:47
II Liqada 21-ci turun oyun cədvəli açıqlandı
-
14:26
"Karvan-Yevlax" - "Zirə": Heyətlər açıqlandı
-
14:03
Bakıda beynəlxalq təlim-məşq toplanışı
-
13:34
"Qalatasaray" UEFA-dan təzminat tələb edəcək
-
12:18
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
-
11:45
“Araz-Naxçıvan”ın iki üzvü milliyə dəvət aldı
-
11:22
"Trabzonspor"dan səfər qələbəsi VİDEO
-
10:59
Millimizin seçmə mərhələ üçün heyəti
-
10:31
"Liverpul" "Qalatasaray"ı darmadağın etdi VİDEO
-
10:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:00
"Barselona" - "Nyukasl" matçında 9 qol VİDEO
-
20:54
Cüdo Federasiyası tərəfindən 25 klub və idman təşkilatına lisenziya təqdim edilib
-
19:48
"Araz-Naxçıvan" Şamaxıdan 3 xalla qayıtdı VİDEO
-
18:27
"Kimin kiminlə problemi varsa, ora yozur"
20.03.2026
19.03.2026
18.03.2026























