7 Oktyabr 2025, Çərşənbə axşamı
"Turan Tovuz"da yeni müqavilə
Emin Mahmudov üçün yubiley
"Araz" Naxçıvana yollanır
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

“Sumqayıt”dan ilk və yubiley

Topaz Premyer Liqasının XVI turunun “İnter”lə oyunu “Sumqayıt” üçün ilk və yubileylə əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi tarixində ilk dəfə paytaxt klubu ilə səfər oyununda qalib gəlib. Əvvəlki 6 səfər matçında 1 qol və 1 xala sevinən “Sumqayıt” “İnter Arena”da 3:2 hesabı ilə qalib gələrək, ilki gerçəkləşdirib.

Bu qələbə sumqayıtlıların Premyer Liqada 30-cu – yubiley uğuru olub. Buna 148-ci qarşılaşmada nail olan komanda 41 heç-heçə edib və 77 dəfə uduzub. “Sumqayıt”ın 30 qələbəsindən 22-si evdə, 8-si səfərdə əldə olunub.

Qalib gəldiyi oyun sayında Premyer Liqa tarixinin 28-ci komandası görüşdüyü 12 komandadan 11-ni məğlub edib. Sumqayıtlılar “Xəzər Lənkəran”, “Kəpəz”, “Qarabağ”ı 4, AZAL, “Turan”, “Neftçi”ni 3, “Bakı”, “Rəvan”, “Simurq”, “İnter”i 2, “Qəbələ”ni 1 dəfə üstələməyi bacarıb. Onlar yalnız 1 dəfə görüşdüyü “Zirə” üzərində qələbə qazana bilməyib.

5-ci mövsümünü keçirən Sumqayıtın eyniadlı təmsilçisi 2011/12-də 6, 2012/13-də 9, 2013/14-də 5, 2014/15-də 7, 2015/16-da 3 dəfə qalib gəlib. 


pfl.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31