6 May 2025, Çərşənbə axşamı
Udanda danışmağa nə var ki...
Qara Qarayev üçün yubiley - 350-ə çatdı
"Neftçi" məğlubiyyətdən qaçdı
Qurban Qurbanovdan qələbə şərhi

Ölkə futbolu

“Qəbələ” hazırlıqlara start verir

Topaz Premyer Liqasının XII turunun “İnter”lə noyabrın 9-da keçirilən oyunundan sonra 3 günlük istirahətə buraxılan “Qəbələ” hazırlıqlarına bu gün start verəcək. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qırmızı-qaralar” Qəbələ şəhər stadionunda bir araya gələrək, axşam məşqini gerçəkləşdirəcək. Roman Qriqorçukun yetirmələri məşqlərini elə bu arenada davam etdirəcək. Milli komandaların oyunları ilə əlaqədar yaranan qısa fasilədə vətəninə yollanan legionerlər də komanda ilə birlikdə məşq keçəcək. Yığmaların düşərgəsində olan oyunçular isə məşqə qatılmayacaq. Onlar Topaz Premyer Liqasının XIII turunun “Sumqayıt”la matçının hazırlıqlarına millidən qayıtdıqdan sonra qoşulacaq.

Xatırladaq ki, “Qəbələ” növbəti oyununu noyabrın 21-də, Sumqayıtın “Kapital Bank Arena” stadionunda keçirəcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31