3 Iyun 2020, Çərşənbə
Nə oldu, “Neftçi” dağıldı?
"Sabah"dan alqışlanası addım
I divizionun taleyi necə olacaq?
Krivotsyuk daha 1 il “Neftçi”də

Ölkə futbolu

Şahin Diniyev: “Oyunu itirmək olar, futbolçunu yox”

“Gərgin oyun alındı. Biz Premyer Liqaya layiq şəkildə oynamağa çalışdıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi” ilə oyundan sonra “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis qolsuz tamamlanan görüşü belə şərh edib: “Neftçi” oturuşmuş heyətə malikdir. “Kəpəz” isə yeni formalaşıb. Müəyyən çatışmazlıq var ki, onları aradan qaldırmalıyıq. Mən çalışdım ki, əvəzetmələrin hesabına oyununun ritmini qoruyum. Tamaşaçılara minnətdaram. Həm “Neftçi”, həm də “Kəpəz” azarkeşləri bu gün necə dəstək olmaq lazım olduğunu  göstərdilər. Şəhriyar Əliyev bu gün qırmızı vərəqəni komandaya kömək etmək istəyərkən aldı. Mən oyundan çıxan zaman onun əlini sıxdım. Oyunu itirmək olar, futbolçunu yox.  Şəhriyar qəsdən heç bir şey eləmədi. Futbolçu qırmızı vərəqə alarkən pis durumda olur. Onun üzərinə getmək olmaz”.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2020
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30