Basketbol
"Şəki"ni bu mövsüm pley-offda görəcəyik"
Azərbaycan çempionatına çətin matçla başlayacağıq.
Futbolxeber.az saytının məlumatına görə, bunu "Şəki" basketbol klubunun baş məşqçisi Bedri Meriç bölgə təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis əvvəlcə ötən mövsüm çalışdırdığı "Gəncə" klubu haqqında fikirlərini bölüşüb:
"Gəncə" ilə gözəl mövsüm keçirdim. Ötən il heyətdə oyunçu çatışmazlığı üzündən pley-offa düşə bilmədik. "Şəki"ni də ötən mövsümdən tanıyıram. Yeganə qalib gəldikləri matç bizə qarşı keçirdikləri 2-ci oyun olmuşdu. Həmin məğlubiyyət pley-off şansımızı itirdiyimiz vaxta təsadüf etdi. Amerikalı basketbolçuların motivasiyası itmişdi deyə, bizim üçün mövsüm sanki başa çatmışdı. Şəkiyə gəldiyimdə də buranı şəhər olaraq sevmişdim. Özümüzü rahat hiss edə biləcəyimiz şərait – Olimpiya İdman Kompleksi var. Basketbolda şəhərlər çox önəmli deyil. Biz peşəkarıq. Ona görə də işlədiyim yerin Şəki və ya Gəncə olmasının əhəmiyyəti yoxdur. Mən, sadəcə, işimi görürəm".
Türkiyəli məşqçi çempionatdakı limit dəyişikliyinə münasibətini bildirib:
"Çempionatın səviyyəsi qalxacaq. Əvvəla, ona görə ki, komanda sayı 10-dan 12-yə yüksəldilib. B qrupunda mübarizə aparacağıq. "4+1" sistemi ilə yeni mövsümdə daha səviyyəli legionerlərin klublarda çıxış edəcəyini, yaxşı oyunların baş tutacağını düşünürəm. Məncə, ötənmövsümkü oyunlardakı kimi böyükhesablı qələbələr olmayacaq. Yerli oyunçular da start heyətinə düşmək üçün çalışacaq və özlərini təkmilləşdirmək baxımından yaxşı şanslarının olacağını düşünürəm".
O, çempionatın ilk turunda qarşılaşacaqları "Quba" haqqında da düşüncələrini bölüşüb:
"Quba" komandasını tanıyıram. Baş məşqçi Şəhriyar Əsgərov, köməkçisi Zaur Paşayevdir. Zaur haqda danışmağa gərək yoxdur. Azərbaycan millisində xidmətləri, çempionatın ən yaxşı yerli oyunçularından olub, "guard" mövqeyində çıxış edib. 4 legioner oyunçu transfer etdiklərini bilirəm. Onların arasında tanıdığım amerikalılar da var. Güclü komandadır, hazırlıq oyunları ilə daha da yaxşı duruma gəldiklərini düşünürəm. Azərbaycan çempionatına çətin matçla başlayacağıq".
Baş məşqçi "Şəki"nin hazırlıq dönəmində yoxlama matçı keçirməməsinin səbəblərini də izah edib:
"Açığı, bir az vaxta ehtiyacımız var. Əcnəbi oyunçularımız düşərgəyə gec qoşuldular, zədə ilə bağlı problemlər oldu. Bu səbəbdən də bəzi transferlərimiz gec alındı. Tam heyətlə bir araya gec gəldiyimizə görə, təəssüf ki, yoxlama matçları keçirə bilmədik. Bu, bizim üçün mənfi cəhətdir. Ancaq 1-2 oyuna komandanın çox yaxşı ritmə düşəcəyini düşünürəm.
B.Meriç heyətdəki oyunçuların səviyyəsi haqqında da fikirlərini bölüşüb:
"Yerli oyunçu kimi Türkiyədən Ərcan Donatı transfer etdik. Azərbaycan millisinin üzvüdür. Ərcanın komandamızı gücləndirəcəyini düşünürəm. Eyni zamanda Azərbaycanın aşağı yaş qrupu üzrə komandalarında çıxış edən oyunçularımız var. Şəkidən olan yerli basketbolçular da komandada qalıb. Hamısından faydalanmağa çalışacağıq. Əcnəbilərə gəlincə, ötən mövsümdən komandada olan nigeriyalı oyunçular bizimlədir. Onlardan başqa, 5 yeni əcnəbi transfer etdik. Yeni legionerlərimiz həqiqətən səviyyəlidirlər. Onlar çempionatda sözlərini deyəcəklər. Yetər ki, dəstəyimizi davam etdirək. Əminəm ki, gündən-günə daha yaxşı durumda olacaq komanda yaradacağıq. "Şəki"ni bu mövsüm pley-offda görəcəyik".
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə bu gün start veriləcək. "Şəki" oktyabrın 20-də, saat 14:00-da "Quba" ilə doğma meydanda qarşılaşacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bakı klubu bu gün baş məşqçisi ilə vidalaşa bilər - ÖZƏL
- “Cəbrayıl”ın yeni transferi Şamaxıda debüt etdi
- “Neftçi” heyətinə “Şalke”dən futbolçu cəlb etdi
- Təxirə salmalımı, salmamalımı?!.
- Millimizin sabiq üzvü Finlandiya yığmasından təklif alıb
- "Araz-Naxçıvan" sabiq oyunçusunu geri qaytardı
- “Səbail” qələbə qazandı, liderlə xal fərqi azaldı
- Aleksandr Mostovoy: “Rusiya klubları “Qarabağ”dan güclüdür”
- NTD-də ayrılıq yaşandı
- Elxan Məmmədov Kosta-Rikada futbol meydançalarının açılışında iştirak edib
- “Sumqayıt” üçün həm kubok prioritetdir, həm də çempionat”
- Rövlan Muradov “Zirə”nin qələbəsizlik seriyası barədə: “Statistikaya fikir vermirik”
- "Qarabağ"ın "Nyukasl"la oyunlar üçün iştirak ərizəsi açıqlandı
- Ayxan Abbasov: “Məncə, Bəhlulun epizodu ikinci “sarı” idi”
- Qurban Qurbanov: “Neftçi”dən küsmək, incimək fikrimiz yoxdur”
-
23:43
Kurban Berdıyev “Futbolxeber”ə danışdı: “İndi əsas “Neftçi” ilə oyuna hazır olmaqdır”
-
22:25
Sahil qəsəbəsində yeni cüdo zalı fəaliyyətə başlayıb
-
21:39
Füzuli Məmmədov və “Karvan-Yevlax”ın futbolçuları məktəblilərlə görüşdülər FOTOLENT
-
21:18
Qazax stadionunun güləş zalı əsaslı təmir ediləcək
-
20:52
Kubokda yarımfinalçılar müəyyənləşdi
-
19:47
Gimnastlarımız Dünya Kubokunun finalında
-
19:21
"Turan Tovuz"un qələbəsi VİDEO
-
19:06
Abşeronda 425 cüdoçu kəmər dərəcələri üzrə rəsmi imtahan verib
-
18:30
“Lənkəran” oyuna gəlmədi, "Neftçi" böyükhesablı qələbə qazandı
-
18:15
I Liqada 17-ci tura start verildi
-
17:44
Azər Bağırov: “Bu, adamı üzür”
-
17:23
Ruslan Abışov: “Məqsədimiz finala çıxmaq, kuboku qazanmaqdır”
-
16:53
"Sumqayıt" "Quba"nı səfərdə məğlub edib
-
16:38
22 cüdoçumuz Avropa Kubokunda mübarizə aparacaq
-
16:12
“Neftçi” - “Turan-Tovuz” oyununa böyük maraq
-
15:07
Marko Yankoviç: “Hədəfimiz hər iki titulu qazanmaqdır”
-
14:46
10 saat fasiləsiz üzməklə Azərbaycan rekorduna imza atdı
-
14:21
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
13:59
II Liqa: 6 oyunun hakimləri müəyyənləşdi
-
13:35
Qazax şəhərinin "İdman Paytaxtı - 2026" seçilməsi ilə bağlı sərgi keçirilib
-
13:10
I Liqada hakim təyinatları
-
12:44
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:23
Vaqif Cavadov Belçika klubunda təcrübə keçir FOTOLENT
-
12:09
I Liqa klubu afrikalı hücumçu transfer etdi
-
11:52
"Mançester Siti" qələbəni əldən verdi VİDEO
-
11:18
“Neftçi”yə sahib çıxmaq zamanı
-
10:36
"Nyukasl" 10 nəfərlə "Mançester Yunayted"ə qalib gəldi VİDEO
-
10:21
Dadaşovun dublu qələbə qazandırdı
-
10:07
"Beşiktaş"dan darmadağın VİDEO
-
09:49
Kadi: "Biz bunu bacararıq"
-
23:58
Valeh Seyidov yubileyini qolla qeyd etdi FOTOLENT
-
22:43
"Qarabağ" kubokda mərhələ adladı VİDEO
-
22:20
Qurban Qurbanovdan qələbə şərhi
-
21:37
“Penaltini yerinə yetirə bilsəydik...”
-
20:58
"Qarabağ" yarımfinala yüksəldi
-
18:12
Azərbaycanlı referi reytinq turninin ən yaxşı hakimi seçilib
-
17:25
“Dinamo” 3 xalı 3 qolla qazandı
-
16:44
"Barselona"da itkilərlə üzləşdi
-
16:09
Ölkə çempionatında ilk mükafatçılar müəyyənləşib
-
15:31
Baham adalarından Azərbaycan klubuna keçməsinin səbəbini açıqladı
-
15:12
Azərbaycanlı hakim “Qalarasaray”ın oyununa təyinat alıb
-
14:56
"Araz-Naxçıvan"ın akademiyasında müzakirə
-
14:23
BWF-nin "Shuttle Time" layihəsinin yeni mərhələsinə start verilib
-
14:00
FİFA DÇ-2026-nın afişasını təqdim etdi
-
13:47
AMADA 10 illik yubileyi münasibətilə sosial layihəyə başlayıb FOTOLENT
-
13:38
Ötən il işğaldan azad olunmuş ərazilərdə 36 idman yarışı keçirilib
-
13:15
"Zirə"nin kapitanı üçün yubiley
-
12:24
“Neftçi” - “Turan-Tovuz” oyununa böyük maraq: 1500 bilet satılıb artıq
-
11:59
1/4 finalın son 3 oyunun hakimləri açıqlandı
-
11:41
Anje Mutsinzi: “Zirə”yə qarşı oyunlar rəqiblər üçün asan olmayacaq”
05.03.2026
04.03.2026























