4 Mart 2026, Çərşənbə
"Qarabağ" yarımfinala yüksəldi
"Zirə" ilk yarımfinalçı oldu
“Qarabağ”dan möhtəşəm geridönüş
"Quba"nın futbolçusu mükafatlandırıldı

Digər idman növləri

Azərbaycanlı referi reytinq turninin ən yaxşı hakimi seçilib

Azərbaycan Güləş Federasiyasının Hakimlər Komitəsinin sədri Asif Şirəliyev Albaniyanın paytaxtı Tiranada keçirilən "Muhamet Malo" turnirinin ən yaxşı hakimi seçilib.

Futbolxeber.az saytının məlumatına görə, I-S kateqoriyalı hakim fevralın 25-dən martın 1-dək baş tutan reytinq xarakterli yarışda ədaləti yüksək səviyyədə qoruduğu üçün yerli federasiya tərəfindən təltif edilib.

Albaniya Güləş Federasiyasının prezidenti Sahit Prizreni həmyerlimizə turnirin ən yaxşı hakimi üçün nəzərdə tutulmuş xüsusi mükafatı təqdim edib.

Xatırladaq ki, yunan-Roma güləşi üzrə yığmamız yeni baş məşqçi Məhəmməd Bənanın rəhbərliyi altında reytinq turnirinin qalibi olub. Komandamız 2 qızıl və 3 gümüş medal qazanıb. Sərbəst güləş millimiz isə baş məşqçi Xetaq Qozyumovun rəhbərliyi ilə yalnız 1 gümüş, və 3 bürünc medalla kifayətlənib və 2-ci yeri tutub.

 

 

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31