19 May 2024, Bazar günü
XXXV turun hakim təyinatları
“Şamaxı” zirvəyə yüksəldi
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi

Xarici futbol

"Fənərbaxça"nın baş məşqçisi Renat Dadaşovu fərqləndirdi

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" Türkiyə Superliqasının 9-cu turunda lider "Fənərbaxça"nın qonağı olacaq.

Futbolxeber.az saytının məlumatına görə, İstanbul klubunun çalışdırıcısı İsmayıl Kartal mətbuat konfransında rəqibin bəzi oyunçularını fərqləndirib ki, onların arasında Renat Dadaşov da var.

"Fənərbaxça"nın çalışdırıcısı Renat Dadaşov (2 qol), nigeriyalı yarımmüdafiəçi Fiyaso Dele-Başiru (4 qol, 3 məhsuldar ötürmə) və honduraslı yarımmüdafiəçi Riqoberto Rivasın (1 qol, 1 məhsuldar ötürmə) ölkələrinin milli komandalarında çıxış etdiyini və mövsümə yaxşı start verdiklərini bildirib.

Qeyd edək ki, oktyabrın 22-də keçiriləcək "Fənərbaxça" - "Hatayspor" görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. "Fənərbaxça" hazırda 24 xalla 1-ci, "Hatayspor" 14 xalla 5-ci pillədə qərarlaşıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31