19 May 2024, Bazar günü
XXXV turun hakim təyinatları
“Şamaxı” zirvəyə yüksəldi
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi

Xarici futbol

“Barselona”nın 9 futbolçusu Kataloniya millisində

Kataloniya millisi yoxlama oyununda basklarla üz-üzə gələcək. Futbolxeber.az-ın məlumatına görə, “Barselona”nın 9 futbolçusu Kataloniya millisinin heyətinə dəvət alıb. Söhbət qapıçı Jordi Masip, müdafiəçilər Jerar Pike, Mark Bartra, Jordi Alba və Martin Montoyadan, eləcə də yarımmüdafiəçilər Serxio Samper, Xavi, Serxi Roberto və Serji Busketsdən gedir,

“Barselona”lılardan başqa Kataloniya millisinə Kiko Kasilya, Viktor Sançes, Viktor Alvares (hamısı “Espanyol”),

Aleiş Vidal, Jerar Deulofeu (hər ikisi “Sevilya”), Andreu Fontas, Serxi Qomes (hər ikisi “Selta”). Piti (“Qranada”), Xonatan Soriano (“Zalsburq”), Jerar Moreno (“Vilyareal”), Alberto de la Belya (“Real Soseydad”) və Alvaro Vaskes (“Hetafe”) dəvət alıb.

Qeyd edək ki, katalonlarla basklar arasında baş tutacaq oyun dekabrın 28-də baş tutacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31