19 May 2024, Bazar günü
XXXV turun hakim təyinatları
“Şamaxı” zirvəyə yüksəldi
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi

Xarici futbol

Nikolay Pisarev Azərbaycan millisinin qatılacağı turnirdən danışdı

Rusiya Futbol İttifaqının idman direktoru Nikolay Pisarev 3-11 yanvar tarixlərində Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə keçiriləcək turnir haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, Pisarev yarışdakı komandaların saylarının çox olmasından məmnun olduğunu qeyd edib: “Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə güclü komandalar iştirak edəcək. Bu yarışda debütant futbolçuları da iş başında görə biləcəyik. Üstəlik, bu il Rusiya millisi yarışda 2 komanda ilə təmsil olunacaq. 1998-ci il təvəllüdlü futbolçulardan ibarət ikinci komanda ekstremal vəziyyətdə turnirə dəvət aldı. Təcrübə göstərir ki, turnirin sonunda məşqçilər öz komandaların yeni futbolçular cəlb edə bilirlər. Uşaqların özlərini göstərməsi üçün yaxşı şərait yaranıb. Turnirdə mübarizə aparacaq komandaların sayının çox olması da sevindirici məqamdır. İstərdim ki, əvvəl olduğu kimi yenə də oyunları xeyli sayda tamaşaçı izləsin. Çünki biz elə onlar üçün Sankt-Peterburqa yollanırıq”.

Qeyd edək ki, Pisarevin ekstremal vəziyyətdə turnirə dəvət olmuş komanda adlandırdığı Rusiya-2 millisi F qrupunda Yaponiya ilə birgə Azərbaycan yığmasının rəqibidir. Millimiz Rusiya-2 komandası ilə yanvarın 4-də üz-üzə gələcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31