16 May 2024, Cümə axşamı
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi
Sxadadze Gürcüstana yollanıb
XXXVI turun oyun cədvəli açıqlandı

Xarici futbol

Toşak: "Maurinyo "Qalatasaray"a uduzsa..."

“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Con Benjamin Toşak Türkiyəninn “NTV Spor” kanalına müsahibə verib. Futbolxeber.az xəbər verir ki, Toşak müsahibəsində  Türkiyə klublarının avrokuboklardakı uğurlu çıxışlarından danışıb.

Bir vaxtlar “Beşiktaş”ı çalışdıran uelsli mütəxəssis bildirib ki, Fatih Terim öz komandasını Çempionlar Liqasında 1/4 finala çıxarmaqla böyük iş görüb: “Real” və “Barselona” bu yarışın favoritidir. “Qalatasaray” və “Malaqa” isə ÇL-in sürpriz komandalarından oldular. “Qalatasaray” üçün qarşıdakı oyunların uğurlu olmasını istərdim. Amma bu, çox çətindir. “Real”da Ronaldo, Xabi Alonso, Kasilyas, Ramos kimi önəmli futbolçular var”.
Toşak onu da qeyd edib ki, İstanbulda “Qalatasaray”la oynamaq asan deyil: “Amma məncə, Maurinyo püşkün nəticəsindən məmnundur. Çünki “Barselona” və “Bavariya” kimi  komandalarla qarşılaşmadı. Amma Maurinyo onu da bilir ki, “Qalatasaray”a uduzsa, karyerasına çox ciddi zərbə vuracaq”.
C.Toşak Türkiyənin Avroliqadakı təmsilçisi “Fənərbaxça” barədə də danışıb: “İlginc bir təsadüfdür ki, “Fənərbaxça” Avrpoliqada son ev oyununu azarkeşsiz keçirdiyi kimi, “Latsio” ilə səfər matçında da boş tribunalar önündə meydana çıxacaq. Bu gedişlə “Fənərbaxça”nın Avropadakı oyununa canlı baxa bilməyəcəyik. “Fənərbaxça”nın 1/4 finalı adlamaq şansının az olmadığını düşünürəm. İki komandasının Avropada yarımfinala çıxması, Türkiyə futbolçu üçün əla bir göstərici olar”.
 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31