19 May 2024, Bazar günü
XXXV turun hakim təyinatları
“Şamaxı” zirvəyə yüksəldi
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi

Digər idman növləri

Rəcəbov heç-heçə ilə başladı

Bu gün  Londonda şahmat üzrə iddiaçılar turnirinə start verilib. Futbolxeber.az xəbər verir ki, ilk turda Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Boris Gelfandla qarşılaşıb. İsrailli rəqibinə qarşı qara fiqurlarla oynayan təmsilçimiz turnirə heç-heçə ilə başlayıb.

Digər görüşlərdə də Levon Aronyan Maqnus Karlsenlə, Vasili İvançuk Aleksandr Qrişukla və Petr Svidler Vladimir Kramniklə bərabərə qalıb.

Levon Aronyan (Ermənistan, 2809) – Maqnus Karlsen (Norveç, 2872) - 0,5:0,5

Boris Gelfand (İsrail, 2740) – Teymur Rəcəbov (Azərbaycan, 2793) - 0,5:0,5

Vasili İvançuk (Ukrayna, 2757) – Aleksandr Qrişuk (Rusiya, 2764) - 0,5:0,5

Petr Svidler (Rusiya, 2747) – Vladimir Kramnik (Rusiya, 2810) - 0,5:0,5


Qeyd edək ki, ümumi mükafat fondu 510 min avro olan turnirdə mübarizə aparan zəka sahibləri bir-biriləri ilə 2 dəfə - həm ağ, həm də qara fiqurlarla üz-üzə gələcəklər. Yarışın qalibi dünya şahmat tacı uğrunda görüşdə hazırkı çempion, hindistanlı Vişvanatan Anandla mübarizə aparacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31