20 May 2024, Bazar ertəsi
Mövsümün bəxtsizi - “Səbail”
"Qarabağ"dan son 27 ilin rekordu
"Ən zəif oyunlarımızdan biri idi"
"Qəbələ"dən ardıcıl 3-cü qələbə

Minifutbol

Fariz Nəcəfovdan cəbhədən qələbə təbriki

İkinci Qarabağ müharibəsinin iştirakçısı, “Qələbə” klubunun prezidenti Fariz Nəcəfov qazanılan qələbə münasibəti ilə Feysbuk səhifəsində paylaşım edib.

Futbolxeber.az saytının məlumatına görə, ilk günlərdən cəbhə zonasında olan Nəcəfov bunları yazıb:

“Böyük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə münasibətilə Ali Baş Komandan başda olmaqla xalqımızı təbrik edirəm!

Bu qalibiyyətin əldə olunmasında qəhrəmanlıqla şəhid​ olan hər bir əsgər və zabitimizin ruhu qarşısında baş əyirəm!

Şəhidlərimizin valideynlərinin əllərindən öpürəm!

Tarixi zəfərin əldə olunmasında "hər şey cəbhə üçün" devizi altında birləşən və ölçüyəgəlməz ruh yüksəkliyi ilə ordumuzun yanında olan millətimizin hər bir övladı ilə fəxr edirəm!

Qalib Azərbaycan xalqına eşq olsun!”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31