Minifutbol
Mehriban Əliyeva: "Azərbaycanın ərazi bütövlüyü bərpa olundu!"
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan Ordusunun II Qarabağ müharibəsindəki qələbəsi münasibəti ilə xalqı təbrik edib.
Təbrikdə deyilir:
"Əziz həmvətənlər!
Bu gün böyük gündür - Qələbə Günüdür! Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu! Tarixi ədalət bərpa olundu! Həqiqətən, əlamətdar olan bu hadisə münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm!
Ermənistan özünün tam və qeyd-şərtsiz kapitulyasiyasını etiraf etdi! Biz öz nəcib xilaskar missiyamızı şərəflə yerinə yetirdik! Biz öz Vətənimizi qoruduq, əzəli Azərbaycan torpaqlarını işğaldan azad etdik, Azərbaycanın səbirlə gözlədiyi Qələbəni qazandıq! Biz uzun illər boyu həqiqətin və tarixi ədalətin təntənəsini gözləyirdik. Münaqişənin dinc yolla nizamlanmasına dair danışıqlar prosesində 30 ilə yaxın iştirak etməyimiz bizim sülh tərəfdarı olmağımızın əyani göstəricisidir. Ermənistan 27 il ərzində BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında olan bütün ərazilərindən işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə etinasızlıq göstərib. Ermənistan tərəfindən törədilən hərbi təxribatlar bitib-tükənmirdi. Azərbaycan bütün dünyaya göstərdi və sübut etdi ki, o, özünün işğal altında olan torpaqlarını müstəqil şəkildə, öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir və bunu etdi!
2020-ci il sentyabrın 27-dən davam edən hərbi əməliyyatlar dövründə Azərbaycan Ordusu təqribən 300 yaşayış məntəqəsini, o cümlədən 5 şəhəri və 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri azad etdi. Azərbaycanın mədəniyyət incisi - Şuşa şəhəri azad ediləndən cəmi bir neçə saat sonra bizim döyüşçülərimiz 72 yaşayış məntəqəsini və 9 strateji yüksəkliyi öz nəzarəti altına almağa nail oldu. Bu, şübhəsiz, Ermənistanın hərbi və siyasi rəhbərini çıxılmaz vəziyyətə saldı. Bizim ordumuz öz müqəddəs dəyərləri - Vətənimiz, ortaq evimiz uğrunda döyüşürdü və bu müqəddəs mübarizədə dözüb dayandı və qalib gəldi!
Bu anlarda bütün dünya azərbaycanlıları sevinc və qürur hissləri keçirir. Bizim Prezidentimizə görə, igid əsgərlərimizə və zabitlərimizə görə, Azərbaycan xalqının vətənpərvərliyinə, sıx birliyinə və həmrəyliyinə görə qürur keçirir!
Hər birimiz bizim Prezidentimizə, Ali Baş Komandan İlham Əliyevə hədsiz təşəkkür edirik! Onun rəhbərliyi ilə müasir, güclü Azərbaycan Ordusu yaradılıb! Məhz onun sarsılmaz iradəsi, cəsarəti, əzmkarlığı və qətiyyəti sayəsində Azərbaycan Ordusu düşməni sarsıtdı, müharibənin nəticəsini müəyyən etdi və qələbə nöqtəsini qoydu. Prezidentimizin güc mənbəyi olan Azərbaycan xalqının hörməti, sevgisi, etimadı, inamı və dəstəyi ona Avrasiya məkanında ən uzunmüddətli münaqişələrdən biri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini başa çatdırmaqda kömək etdi. Onun başçılığı ilə biz xalqımızın özünəinamını qaytaran Qələbəni qazandıq! Bu Qələbənin möhtəşəmliyi Azərbaycan dövlətinin tarixində əbədi qalacaq!
Əziz qardaşlar və bacılar!
Torpaqlarımızın xaincəsinə işğalı illərində olduğu kimi, bu dəfəki döyüşlər dövründə də faciələr və itkilər oldu. Hərbi əməliyyatlar zonasından uzaqda vəhşicəsinə hücumlar nəticəsində şəhərlərimizin və kəndlərimizin dinc sakinləri həlak oldu. Uşaqlar, qadınlar və ahıl insanlar həlak oldu. Amma bu, Azərbaycanın əzmini sındırmadı! Mən həlak olanların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verirəm! Onların qanı yerdə qalmadı! Azərbaycan Ordusu, Azərbaycan dövləti bütün həmvətənlərimizin axıdılmış qanına görə qisas aldı!
Vətənimizi müdafiə edən, onu dirçəldən nəslin işıqlı xatirəsi, bu nəslə hörmət və ona görə səmimi qürur hissi hər bir azərbaycanlının qəlbində həmişəlik qalacaq! Bizim əsgər və zabitlərimiz canlarını belə əsirgəmədən döyüşüblər. Onlar nəciblik və həqiqi vətənpərvərlik nümunəsi göstəriblər. Bu gün onların hamısını Vətən naminə, onun qüdrəti naminə göstərdikləri igidliklər birləşdirir! Biz onların rəşadəti, iradəsi və ruh yüksəkliyi qarşısında, öz mətanəti ilə işğalçını sarsıdan, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən hər kəsin qarşısında baş əyirik! Adları Azərbaycan dövlətinin tarixinə əbədi olaraq yazılan bu cür igid övladlar böyüdüb tərbiyə etmiş valideynlərin qarşısında baş əyirik! Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allah rəhmət eləsin!
Bu müharibə bizə əsrlər boyu bildiyimiz bir həqiqəti - dost dar gündə tanınar həqiqətini bir daha sübut etdi. Dünyadakı bütün dostlarımıza minnətdaram! Sağ olsunlar ki, bizim dərdimizə şərik oldular, Azərbaycan xalqını dəstəkləyən prinsipial və ədalətli mövqelərini açıq bildirdilər. Qardaş Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana xüsusi təşəkkürümü bildirirəm. Onların həmrəyliyi və dəstəyi hər bir azərbaycanlıda qürur hissi oyadır!
Kütləvi informasiya vasitələrinin nümayəndələrinə təşəkkür edirəm. Onların yüksək peşəkarlığı, obyektivliyi, qərəzsizliyi, operativliyi və məsuliyyəti sayəsində bugünkü Azərbaycan reallıqlarını dünyaya çatdırmaq mümkün oldu. Öz vətənlərinin hüdudlarından kənarda Azərbaycanın mövqeyini müdafiə edən və Ermənistanın işğalçı mahiyyətini beynəlxalq ictimaiyyətə göstərən soydaşlarımız sağ olsunlar! Arxa cəbhədə bir yumruq kimi birləşərək Azərbaycan dövlətinin qüdrətini və bizim həmrəyliyimizi bütün dünyaya nümayiş etdirmiş bütün Azərbaycan xalqına minnətdaram!
Əziz həmvətənlər!
Sizin hamınızı Böyük Qələbə Günü münasibətilə təbrik edirəm! Böyük zəfər gününüz mübarək! Azərbaycanın şərəf və qüdrət günü mübarək! Qarabağın azad edilməsi günü mübarək! Biz Qələbə qazandıq! Qarabağ Azərbaycandır!
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- “Neftçi”də maliyyə böhranı
-
15:38
Azərbaycan gimnastları Dünya Kubokunda 2 medal qazanıblar
-
14:27
Azərbaycanda ilk dəfə keçiriləcək Peşəkar Çövkən Liqasının püşkü atılıb
-
14:10
Azərbaycanın kata üzrə komandalarının yeni baş məşqçisi müəyyənləşib
-
13:44
Dünya çempionumuz: "Növbəti hədəfim “Paris-2024”də yaxşı çıxış etməkdir"
-
13:32
Mövsümün bəxtsizi - “Səbail”
-
13:06
Azərbaycan paraatleti ilk dəfə dünya çempionu olub
-
12:53
Həndbol millimiz yarımfinalda məğlub uduzub
-
12:41
Azərbaycan cüdoçuları İspaniyada 6 medal qazanıblar
-
12:29
İranda idman tədbirləri ləğv edildi
-
12:18
AFFA Region Liqasında bürünc mükafatçı müəyyənləşib
-
11:55
"Qarabağ"dan son 27 ilin rekordu
-
11:37
Peşəkar Çövkən Liqasında iştirak edəcək komandaların adları müəyyənləşib
-
11:24
PSJ mövsümü qələbə ilə başa vurdu VİDEO
-
11:12
Azərbaycan karateçiləri Avropa çempionatında üç medal qazanıblar
-
10:56
Lukaku "Roma"ya qələbə qazandırdı VİDEO
-
10:43
"Neftçi"dən 50-ci böyükhesablı səfər qələbəsi
-
10:31
"Barselona" 3 xalı 3 qolla qazandı VİDEO
-
10:19
"Mövsümün ən pis oyununu sərgilədik"
-
10:08
"Vilyarreal" - "Real" matçında 8 qol VİDEO
-
10:00
Qaş düzəldən yerdə vurub göz çıxarmaq
-
09:45
"İnter" - "Latsio" matçında qalib aşkarlanmadı VİDEO
-
09:27
Bakıda güləş üzrə Avropa çempionatı başlayır
-
09:14
"Fənərbaxça" derbini 10 nəfərlə qazandı VİDEO
-
09:02
Azərbaycanlı jurnalistlər Avropa Media Kubokunun qalibi oldular
-
19:28
“Qarabağ”ın qapıçısı: “Oyunumdan necə razı qala bilərəm?”
-
18:42
Kaxaber Sxadadze: “Bu gün 6 qol vura bilərdik”
-
18:09
"Ən zəif oyunlarımızdan biri idi"
-
17:53
"Qəbələ"dən ardıcıl 3-cü qələbə
-
17:16
Asif Məmmədova 250 nömrəli forma təqdim olundu
-
13:37
İlkin Qəribli: “Birbaşa Bakı"nın məqsədi qarşıdakı 5 ildə 2 dəfə ÇL-i qazanmaqdır”
-
12:20
Voleybol məşqçiləri üçün seminar keçirilib
-
11:49
"Atalanta"dan səfər qələbəsi VİDEO
-
11:26
"Gəncə" heyətini yeni voleybolçu ilə gücləndirib
-
11:18
"Bavariya" son oyununda uduzdu VİDEO
-
11:05
Azərbaycan bədii gimnastları Neftçalada nümunəvi çıxışlar ediblər
-
10:56
"Bayer" mövsümü məğlubiyyətsiz başa vurdu VİDEO
-
10:41
Azərbaycan Basketbol Liqası: "NTD-İndiqo" bürünc medal qazanıb
-
10:29
"Milan" "Torino"ya uduzdu VİDEO
-
10:14
Azərbaycan cüdoçularından Avropa kubokunda 2 medal
-
10:00
Ata Caber: “Neftçi”də çıxış etmək mənə xoşdur, amma...”
-
09:47
Renatın komandasının "Beşiktaş"dan xal aldı VİDEO
-
09:32
Mahir Emreli 2024-cü ildə ilk oyununa çıxdı
-
23:40
Azərbaycan millisi Molvoda, Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
-
23:26
Renat oynadı, komandası "Beşiktaş"dan xal aldı
-
22:17
"Zirə"dən vacib qələbə VİDEO
-
21:35
Samir Abasov: "Sabah"ın futbolçularını yerdən yığışdırmaq olmurdu"
-
20:04
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
19:52
Şahin Diniyev: “Rəqibin ustalıq səviyyəsi bizdən üstündür”
-
19:43
Miodraq Bojoviçdən qələbə şərhi
-
19:31
Adil Şükürov: "Kişi kimi əllərini sıxıb təbrik etdim"