20 May 2024, Bazar ertəsi
"Ən zəif oyunlarımızdan biri idi"
"Qəbələ"dən ardıcıl 3-cü qələbə
Miodraq Bojoviçdən qələbə şərhi
"Zirə" və "Neftçi"dən vacib qələbə

Minifutbol

Mxitaryan “Qarabağ”a qarşı təxribat törədənə zəng vurub

"Düdelanj" - "Qarabağ" oyunundakı erməni təxribatı ilə bağlı yeni detallar üzə çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, “Birinci erməni cəbhəsi" fanat hərəkatının üzvü Spartak Adamyan etdiyi hərəkətdən danışıb.

Bunu çoxdan planlaşdırdığını deyən erməni dronu stadionun yaxınlığındakı evlərdən birinin damından idarə etdiklərini bildirib.

O, əvvəl də "Qarabağ"a qarşı təxribat törətdiyini etiraf edib və hadisənin ötən il dekabrın 18-də “Qarabağ”ın “Arsenal”la Londondakı Avropa Liqasının qrup oyununda meydana qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı ilə girdikdən sonra baş verdiyini söyləyib:

“O vaxt Mxitaryan mənə yaxınlaşmaq istəyirdi, amma buna ehtiyac yox idi, məni artıq stüardlar kənarlaşdırmışdı. Növbəti gün, hava limanına getmək istədiyim vaxt mənə özünü Henrix Mxitaryan kimi təqdim edən bir oğlandan zəng gəldi. Əvvəlcə inanmadım. Elə bildim ki, dostlarım zarafat edir. Ancaq zəngin İngiltərə nömrəsindən gəldiyini görəndə, başa düşdüm ki, odur. Məlum səbəblərdən onunla şəxsi söhbətim barədə ətraflı danışa bilmərəm. Bu münasibətinə görə Mxitaryana minnətdaram”.

Xatırladaq ki, oktyabrın 3-də “Düdelanj” - “Qarabağ” matçında Ağdam klubunun ikinci qolundan sonra meydanda erməni təxribatı baş verib. Belə ki, oyunun 31-ci dəqiqəsində dronla meydanın mərkəzinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bu isə “Qarabağ”ın futbolçularının kəskin etirazına səbəb olub. Təxribata görə qarşılaşmanın baş hakimi oyunu yarımçıq saxlayıb. Komandalar soyunmaa-geyinmə otağına yollanıb. Bunun ardınca Lüksemburqun İdman naziri Dan Kerş “Qarabağ”ın soyunub-geyinmə otağına gələrək futbolçulardan üzr istəyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31