Minifutbol
KİV hər şeydən öncə milli maraqlarımızı uca tutmalıdır
Son illərdə dünyanın müxtəlif yerlərində, xüsusən müsəlman ölkələrində meydana çıxan siyasi-hərbi, sosial-iqtisadi və eləcə də mənəvi problemlər nəinki azalmaqda, hətta getdikcə dərinləşməklə və daha kəskin xarakter almaqdadır. İraq və Əfqanıstanın ardınca Suriya və Liviya kimi bir vaxtlar sabitliyin hökm sürdüyü dövlətlər Qərbin bəzi ölkələri və dairələri tərəfindən “ərəb baharı” və s. adlar altında qurulan siyasi oyunlarının nəticəsi kimi artıq neçə illərdir qan çanağına dönüblər.
Bu ölkələrin tək sabit siyasi sistemləri deyil, iqtisadiyyat da dağıdılıb, ərazi bütövlüyü pozulub, milli sərvətləri isə talan edilməkdədir. Yaxın Şərq və Şimali Afrika ölkələrinə süni şəkildə hərbi-siyasi problemlər yaşadan Qərbin özü də çətinliklər məngənəsindən qurtula bilmir. Elə Qərbin özünün avantürasının nəticəsi olaraq yaranan miqrasiya problemi Avropa ölkələrinin özlərinin təhlükəsizliyinə təhdidlər yaratmaqdadır.Azərbaycana hər baxımdan daha yaxın olan Tükiyədə daxili sabitliyin pozulmasına gətirib çıxaran hadisələrin nəticələri göz qabağındadır. Qanlı terror aktları bu ölkələrdəki sabitliyə çox böyük zərbə vurub.
Göründüyü kimi, çağdaş dünyamız olduqca gərgin günlərini yaşamaqdadır. Lakin qürur hissi ilə deməliyik ki, qlobal siyasi və hərbi kataklizmlərə baxmayaraq, Azərbaycan yerləşdiyi coğrafiyanın “sabitlik adası” olaraq qalmaqdadır. Ulu öndər Heydər Əliyevin qurduğu, Prezident İlham Əliyevin inkişaf etdirdiyi Azərbaycan dövləti hakimiyyətin həyata keçirdiyi düzgün və düşünülmüş siyasət nəticəsində həm bölgənin liderinə, həm də sabitlik və əməkdaşlıq məkanına çevrilib. Bizim bu əmin-amanlığa hansı qanlı-qadalı günlərdən keçib gəldiyimizi hamımız çox gözəl bilirik. Bu gün isə hansısa xarici çevrələrin Azərbaycanda öz məkrli planlarını həyata keçirmələri qeyri-mümkündür. Milli maraqlarımıza qarşı olan istənilən siyasi oyun və çirkin plan güclü Azərbaycan dövləti qarşısında iflasa məhkumdur
Bir məsələni də təəssüf hissi ilə qeyd etməliyik ki, müasir dünyamızı başına alan qanlı qarşıdurmalar daha çox müsəlman ölkələrini əhatə edir. Əgər bunu bir səbəbi məlum xarici dairələrin öz maraqlarını müsəlman cəmiyyətlərində həyata keçirmələdirsə, digər səbəbi İslam dininə sitayiş edənlər arasında sürətli parçalanmanın mövcud olmasıdır. Təəssüflə qeyd etməliyik ki, məzhəb ayrıseçkiliyi bu gün İslamın ən ağrılı problemi olaraq qalır. Bir çox müsəlmanlar hətta milli kimliklərini də unudaraq məzhəb kimliklərini önə çəkirlər. Ən ağrılısı odur ki, bu problem daim xarici dairələr tərəfindən körüklənir, nəticə etibarilə qanlı qarşıdurmalar baş verir, terrorçuluq baş alıb gedir.
Bütün bunların fonunda bir daha aydın olur ki, əhalinin əksəriyyətinə görə müsəlman dövləti olan Azərbaycandakı dini münasibətlər ən düzgün və zamanın sınaqlarından layiqincə çıxan modeldir. Bu da ondan irəli gəlir ki, Azərbaycan xalqı İslamın gözəlliklərini, saflığını hər zaman qoruyub saxlayır, ona dinimizə zidd ideyalar qatmır. Odur ki, Azərbaycanda İslami dəyərlərə bağlılığın, dinin saflığının qorunmasının ən gözəl nümunəsi mövcuddur. Azərbaycan hüquqi, dünyəvi dövlətdir. Dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlət-din münasibətləri sağlam təməllər üzərində formalaşaraq dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edir. Əksər müsəlman cəmiyyətlərindən fərqli olaraq Azərbaycanda müqəddəs dinimiz xalqımızı birləşdirir, həmrəy edir, dövlətimizin möhkəmlənməsinə və yüksəlməsinə xidmət edir.
Azərbaycanda bu cür sağlam dövlət-din münasibətlərinin əsanını isə müstəqillik dövründə ulu öndər Heydər Əliyev qoyub. Bu illərdə Azərbaycanda sayı cəmi 17 olan məscidlərin artaraq iki mini ötməsi artması xalqımızın öz dini dəyərlərinə ehtiramının göstəricisidir. Lakin onu da etiraf etməliyik ki, müstəqillik illərində zərərli, məzhəb ayrı-seçkiliyi üzərində formalaşan təriqətlər də Azərbaycanda möhkəmlənməyə çalışdılar. Hətta ayrı-ayrı vaxtlarda dini ekstremizmə cəhdlər olundu. Lakin dinimizlə ayaqlaşmayan zərərli dini baxışların heç heç biri Azərbaycanda öz istəyinə çata bilmədi. Cəmiyyətimizdə xurafatdan, cəhalətdən, radikalizmdən uzaq formalaşan sağlam dini münasibətlərin nəticəsidir ki, Azərbaycan bu gün dünyada vəhdət namazının qılındığı nadir ölkədir. Bu onun göstəricisidir ki, İslam dininə sitayişlə bağlı ən düzgün model Azərbaycanın getdiyi yoldur. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin layiqincə davam etdirdiyi bu yol, xüsusən məzhəblərarası etimad mühiti bütün müsəlman dövlətləri üçün nümunədir.
Azərbaycan üçün əsas mühüm xüsusiyyətlər həm də ondan ibarətdir ki, bu ölkə bütün islam aləmində dünyəvi dövlətçiliyin nadir modelərindən biri, həm də ən yüksək tolerant dəyərlərin daşıyıcısıdır. Burada tarixin heç bir dövründə dinlər arası qarşıdurma baş verməyib. Hazırda Azərbaycanda bütün digər dinlərin təmsilçiləri kilsələrə, sinaqoqlara gedərək öz dini ayinlərini sərbəst icra edirlər. Bakıda həm pravoslav, həm katolik kilsəsi fəaliyyət göstərir. Ona görə bu gün respublikamızın dinlərarası dialoq mərkəzi statusunu daşıması tamamilə qanunauyğun bir haldır. Azərbaycan xalqının tolerant keyfiyyətlərə sahib olması beynəlxalq səviyyədə də tanınır və yüksək qiymətləndirilir. Məhz bundan irəli gələrək son illər ölkəmizdə sivilizasiyalararası dialoq və tolerantlıq mövzusunda çoxsaylı beynəlxalq tədbirlər keçirilib. Ötən il BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi də göstərdi ki, multikultural və tolerant ənənələrə sadiq olan Azərbaycanın sivilizasiyaların mədəniyyətlərin və dinlərin dialoqunun inkişafı sahəsində zəngin təcrübəsi bütün dünyada qəbul olunur.
Bu nəticələrin əldə olunmasında öz xeyirxah əməlləri ilə tolerant və eləcədə də əsl islami dəyərləri təlqin edən, fəaliyyəti ilə bəşəriyyəti mərhəmətə, qarşılıqlı köməyə, sülhə çağıran Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın da böyük xidmətləri var. Heydər Əliyev Fondu tərəfindən Vatikanda katakombaların bərpası və digər layihələr xalqımızın məxsus olduğu yüksək mənəvi keyfiyyətlərdən irəli gəlir.
Bütün bu deyilənləri ümumiləşdirsək belə bir nəticəyə gələrik ki, Azərbaycanın dini modeli, tolerant dəyərlərə malik olması və bütün bunlardan irəli gələn tarixi təcrübəsi, o cümlədən beynəlxalq nüfuzu dindən qaynaqlanan problemlərlə bağlı məsələlərin yoluna qoyulmasında liderliyi üzərinə götürməyə imkan verir. Prezident İlham Əliyevin siyasi məharətinin və uzaqgörənliyinin, təşəbbüsü olduğu beynəlxalq əməkdaşlıq formatlarının uğurlu nəticələri göz önündədir. Bu təşəbüsslər Azərbaycanın inkişafı ilə yanaşı, regionun sabitliyinə, təhlükəsizliyinə xidmət edir.
Bu mənada reallıq göstərir ki, Azərbaycan öz nüfuzundan və təcrübəsindən irəli gələrək müsəlman ölkələri arasında da birləşdirici və barışdırıcı rol oynamağa qadirdir. Prezident İlham Əliyevin “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında” Sərəncamı da İslam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın özünəməxsus mövqeyinin möhkəmləndirilməsini təmin etmək məqsədinə xidmət edir. Sərəncamda çox haqlı olaraq qeyd olunur ki, Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır və IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirməklə yanaşı, bütün dünyada İslam həmrəyliyinin gücləndirilməsi, beynəlxalq səviyyədə İslam dəyərlərinin müdafiəsi üçün fəal iş aparır. Həmçinin Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, İSESKO kimi aparıcı təşkilatların fəal üzvüdür, onların nüfuzunun yüksəldilməsinə, İslam mədəniyyətinin inkişaf etdirilməsi və dünyada yayılması işinə öz dəyərli töhfələrini verir.
Bütün bunlar, o cümlədən, Azərbaycanın potensialı, beynəlxalq ictimaiyyətini bizə olan inam və etimadı, xüsusən müstəqillik illərində özünü dünyaya sivil dövlət kimi təqdim etməsi üzərinə İslam həmrəyliyinə nail olunması kimi mühüm missiyanı götürməyə imkan verir. Əminik ki, ölkəmiz bu missiyanı da layqincə həyata keçirəcək. Bu məqsədlə görüləcək işlər İslam dünyasının həmrəyliyinə böyük töhfələr verəcək.
Bir məsələni də vurğulmaq istəyirəm ki, Prezident İlham Əliyev 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməklə həm də müxtəlif xalqların, o cümlədən müsəlmanların müharibələrdən əzildiyi, fəlakətlərə düçar edildiyi indiki dövrdə dünyaya mesaj verdi. Bütün dünyaya göstərildi ki, müsəlman həmrəyliyi Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Beləliklə, qlobal miqyasda sülh və əməkdaşlığa, sivilizasiyalararası dialoqa böyük töhfə verən Azərbaycan bu sahədə yeni fəaliyyət mərhələsinə qədəm qoyur: respublikamız İslam həmrəyliyinin ideya və real fəaliyyət mərkəzinə çevrilir. Təbii ki, ölkəmiz qarşısına qoyduğu məqsədləri bu illə yekunlaşdırmayacaq və növbəti illərdə də bu davam etdiriləcək. Təbii ki, bu sahədə kütləvi-informasiya vasitələrinin də üzərinə mühüm vəzifələr düşür.İslamın saf dəyərlərinin və ölkəmizin yürütdüyü islam həmrəyliyi siyasətinin təbliğində mətbuatın müstəsna rolu var. Yerli KİV-lərdə mütəmadi şəkildə milli-mənəvi və dini dəyərlərlə bağlı yazılar dərc edilir. Amma mətbuatımız sözügedən sahəyə diqqət ayırsa da, burada bir sıra çatışmazlıqlar var. Belə ki, bu mövzu ilə bağlı hazırlanan yazılarda məzhəb ayrıseçkiliyinə, dini dözümsüzlüyə yol verilməməsi əsas tutulmalıdır. Düzdür, bu problem Azərbaycan KİV-lərində geniş şəkildə özünü göstərmir. Amma mövcuddur. KİV cəmiyyətin güzgüsü sayıldığı üçün dini mövzuda yazılarda da qərəzsizlik və şəffaflıq ön plana keçməlidir. Ən azından ona görə ki, bu gün cəmiyyətimizdə dini maarifləndirmə işlərinə ciddi ehtiyac duyulur. Bu baxımdan gündəlik dövri mətbuatın vətəndaşlarımızın dini maarifləndirilməsi işində çiyinlərinə böyük məsuliyyət düşür. Bu funksiyanın yerinə yetirilməsi üçün hər bir KİV sözügedən sahəni daim diqqətdə saxlamalı, vətəndaşlarımızı maraqlandıran, cəmiyyətimizi narahat edən dini mövzulara həssaslıqla yanaşmalıdırlar. Məhz bu cür yanaşma həm də mətbuatımızın İslam həmrəyliyinə böyük töhfəsi olar. Ən əsası KİV dini dəyərlərin təbliğində hər şeydən öncə Azərbaycan dövlətinin milli maraqlarını uca tutmalıdır.
İbrahim CƏFƏROV
Yazı "İslam həmrəyliyi və media" mövzusundakı müsabiqəyə təqdim olunur.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- “Neftçi”də maliyyə böhranı
-
12:53
Həndbol millimiz yarımfinalda məğlub uduzub
-
12:41
Azərbaycan cüdoçuları İspaniyada 6 medal qazanıblar
-
12:29
İranda idman tədbirləri ləğv edildi
-
12:18
AFFA Region Liqasında bürünc mükafatçı müəyyənləşib
-
11:55
"Qarabağ"dan son 27 ilin rekordu
-
11:37
Peşəkar Çövkən Liqasında iştirak edəcək komandaların adları müəyyənləşib
-
11:24
PSJ mövsümü qələbə ilə başa vurdu VİDEO
-
11:12
Azərbaycan karateçiləri Avropa çempionatında üç medal qazanıblar
-
10:56
Lukaku "Roma"ya qələbə qazandırdı VİDEO
-
10:43
"Neftçi"dən 50-ci böyükhesablı səfər qələbəsi
-
10:31
"Barselona" 3 xalı 3 qolla qazandı VİDEO
-
10:19
"Mövsümün ən pis oyununu sərgilədik"
-
10:08
"Vilyarreal" - "Real" matçında 8 qol VİDEO
-
10:00
Qaş düzəldən yerdə vurub göz çıxarmaq
-
09:45
"İnter" - "Latsio" matçında qalib aşkarlanmadı VİDEO
-
09:27
Bakıda güləş üzrə Avropa çempionatı başlayır
-
09:14
"Fənərbaxça" derbini 10 nəfərlə qazandı VİDEO
-
09:02
Azərbaycanlı jurnalistlər Avropa Media Kubokunun qalibi oldular
-
19:28
“Qarabağ”ın qapıçısı: “Oyunumdan necə razı qala bilərəm?”
-
18:42
Kaxaber Sxadadze: “Bu gün 6 qol vura bilərdik”
-
18:09
"Ən zəif oyunlarımızdan biri idi"
-
17:53
"Qəbələ"dən ardıcıl 3-cü qələbə
-
17:16
Asif Məmmədova 250 nömrəli forma təqdim olundu
-
13:37
İlkin Qəribli: “Birbaşa Bakı"nın məqsədi qarşıdakı 5 ildə 2 dəfə ÇL-i qazanmaqdır”
-
12:20
Voleybol məşqçiləri üçün seminar keçirilib
-
11:49
"Atalanta"dan səfər qələbəsi VİDEO
-
11:26
"Gəncə" heyətini yeni voleybolçu ilə gücləndirib
-
11:18
"Bavariya" son oyununda uduzdu VİDEO
-
11:05
Azərbaycan bədii gimnastları Neftçalada nümunəvi çıxışlar ediblər
-
10:56
"Bayer" mövsümü məğlubiyyətsiz başa vurdu VİDEO
-
10:41
Azərbaycan Basketbol Liqası: "NTD-İndiqo" bürünc medal qazanıb
-
10:29
"Milan" "Torino"ya uduzdu VİDEO
-
10:14
Azərbaycan cüdoçularından Avropa kubokunda 2 medal
-
10:00
Ata Caber: “Neftçi”də çıxış etmək mənə xoşdur, amma...”
-
09:47
Renatın komandasının "Beşiktaş"dan xal aldı VİDEO
-
09:32
Mahir Emreli 2024-cü ildə ilk oyununa çıxdı
-
23:40
Azərbaycan millisi Molvoda, Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
-
23:26
Renat oynadı, komandası "Beşiktaş"dan xal aldı
-
22:17
"Zirə"dən vacib qələbə VİDEO
-
21:35
Samir Abasov: "Sabah"ın futbolçularını yerdən yığışdırmaq olmurdu"
-
20:04
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
19:52
Şahin Diniyev: “Rəqibin ustalıq səviyyəsi bizdən üstündür”
-
19:43
Miodraq Bojoviçdən qələbə şərhi
-
19:31
Adil Şükürov: "Kişi kimi əllərini sıxıb təbrik etdim"
-
19:19
Rəşad Sadıqov: "Əcnəbi hakimlərin futbolumuza ziyanı olmayacaq"
-
18:58
"Zirə" və "Neftçi"dən vacib qələbə
-
18:27
“Neftçi” çempionluğunu rəsmiləşdirdi
-
15:21
Azərbaycanın üçqat dünya çempionu: "Bu nəticəni gözləyirdim"
-
15:00
Aydın Bayramov: “Qarabağ”a 3 qol vurub, yekunda uduzmaq adama çox pis təsir edir”
-
14:43
Həndbol millimiz Özbəkistandakı turnirdə üçüncü qələbəsini qazanıb