16 May 2024, Cümə axşamı
“Şamaxı” zirvəyə yüksəldi
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi
Sxadadze Gürcüstana yollanıb

Minifutbol

"Atletiko" "Land of fire Azerbaijan"ı "Bwin"ə dəyişir?

Madrid "Atletiko"su bukmeyker kontoru "Bwin"lə sponsporluq müqaviləsi haqda danışıqlar aparır. Futbolxeber.az xəbər verir ki, bu haqda İspaniyanın "AS" nəşri məlumat yayıb. Məlumatda qeyd olunur ki, bukmeyker kontorunun adı növbəti mövsümdən etibarən "Atletiko"nun formasında yer ala bilər. Buna baxmayaraq, "Atletiko" "Land of fire Azerbaijan" reklamını da saxlamaq istəyir.

Xatırladaq ki, "Atletiko" yanvardan etibarən "Bakı" klubu ilə əməkdaşlığı çərçivəsində meydana üzərində "Land of fire Azerbaijan" yazılmış formalarla çıxır. Buna görə "Atletiko" 12 milyon avro əldə edib.

Maraqlıdır ki, bir müddət əvvəl "Bakı" ilə "Atletiko" arasında imzalanmış müqaviləyə əsasən Madrid klubunun növbəti mövsümdə də meydana eyni forma ilə çıxacağı bildirilirdi.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31