Minifutbol
Komanda
... Bu tədbir yalnız idman jurnalistlərinin mükafatlandırılması məqsədilə keçirilsəydi, Mehman Süleymanov həcmcə ən böyük mükafata layiq görülərdi. Çünki elə bir idman jurnalisti olmayıb ki, əlamətdar günlərində Mehmanın əhatəli yazıları ilə xatırlanmasın. İdman Araşdırmalar Mərkəzi isə ilin 8 nominasiya üzrə 11 qalibini seçirdi. Bəli, tam bir KOMANDA! Hələ bir oyunda əvəzləmələrin maksimal sayı qədər xüsusi nominantımız da vardı. Gender amili də nəzərdən qaçmamışdı. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın timsalında!
Həcmcə böyük mükafata - İlin Qalibi adına layiq görülənlərdən isə 2-si tədbirimizə gəlməmişdi. Biri ilin idman xadimi Sadıq Sadıqov, digəri ilin futbolçusu Rahid Əmirquliyev. Təbii ki, üzrlü səbəb göstərmişdilər. Biz o səbəblərlə barışmaq zorunda idik. Həm də idman rəsmilərindən bir çoxunun dəvətimizi müxtəlif səbəblərlə müsbət cavablandıra bilməmələri ilə. Kimisinin işi çıxmışdı, kimisinin də dişi... Kimisinin başı ağrıyırdı, kimisi də "Gedim-getməyim?" deyə çaşıb qalmışdı. Səbəblər, bəlkə də bəhanələr N qədər. Əvəzində 3 olimpiya çempionu - Namiq Abdullayev, Fərid Mansurov və Elnur Məmmədlinin, başda Vaqif Sadıqov olmaqla, Məşqçilər Komitəsinin bütün üzvlərinin, əməkdar jurnalist Məzahir Süleymanzadənin, əsl dost deyə biləcəyim Akif İsmayılovla Yaşar Seyidovun iştirakı onların mükafatları təqdim etmələri üçün də yetərli idi.
Belə tədbirlər həm də bir sınaqdır. Burada yalnız mahiyyət mühüm rol oynamır. Həm də həqiqi dostlarını, iç üzünü açanları, əyərləri-əksikləri tanıyırsan. Xoş niyyətli, görülən işə dəyər verməyi bacaranlarla yanaşı, qərəzli, laqeyd yanaşmalara da rast gəlirsən. Necə deyərlər, bunları 3 ildir görə-görə gəlirik. Eyni zamanda nəticə çıxarırsan. O nəticəni ki, "qozbeli qəbir düzəldər", "it hürər, karvan keçər" və s. 8 nominasiya üzrə sorğunun aparılması, 11 qalibin seçilməsi, 14 nominasiya üzrə mükafatlandırmanın təşkili, bütün bu işlərin həyata keçirilməsi üçün sponsorların cəlb olunması, xeyli jurnalist və çoxsaylı idman ictimaiyyəti nümayəndəsini bir araya gətirmək kiməsə asan görünürsə, buyursun.
Ötən gün "Qafqaz Point" otelindəki tədbiri ərsəyə gətirənlər də bir komanda idi. Jurnalistlər və idman ictimaiyyətinin nümayəndələrini dedim, öz iş yoldaşlarımın - "Report" agentliyinin əməkdaşlarından Rövşən Əhlimanoğlu, Orxan Əzim və Natəvanın xüsusi xidmətlərini də vurğulamalıyam. İstər səhnə fonunun seçimi, istər "Bakı 2015" I Avropa Oyunlarının, istər İdman Araşdırmalar Mərkəzinin gördüyü işlərin, istərsə də qaliblərin təqdimat video-çarxlarını hazırlamaq üçün əməkdaşlarımız bacarıqlarının ən yaxşısını və hətta ürəklərini qoymuşdular. Onlara da böyük təşəkkür düşür.
Özüm səsvermədə iştirak etmirdim, çalışdığım agentlikdən seçimini edənə heç bir təsir göstərməmişdim. Özü kimə istəmişdi, ona da səs vermişdi. Məndən olsaydı, bəzi nominasiyalarda qalib adına başqasını layiq görərdim. Amma həmkarlarımdan İlkin Fikrətoğlunun ilin idman jurnalisti seçilməsinə çox sevindim. Bircə onu başa düşmədim ki, İlkin mükafatını - mikrofonunu almamışdan öncə səhnədə quraşdırılmış mikrofonu tədbirin aparıcısı və elə qalibin iş yoldaşı Sənan Şəfizadə niyə toxunaraq, yerə saldı...
Digər nominasiyalar da obyektiv seçimlərlə zəngin idi. İstənilən halda, "Qalibləri mühakimə etməzlər" deyiblər. 48 KİV-in idman jurnalisti öz seçimini etdi. Bu sorğu da elə idman jurnalistləri arasında aparılırdı. Başqa sahələrdən yazanlar bu prosesə qoşulsaydılar, bəlkə də fərqli mənzərə alınardı. Bəlkə də ilin komandası "Qəbələ" yox, "Qarabağ" seçilərdi. Bəlkə də İlin baş məşqçisi nominasiyasında Roman Qriqorçuku yox, Qurban Qurbanovu fərqləndirərdilər. Çünki digər sahələrdən yazanların bir qismi peşəkarla qeyri-peşəkar futbolçunu fərqləndirəcək qədər dərin futbol biliyinə malik deyillər, bəlkə də Qriqorçukun adını birinci dəfə eşidirlər. Təbii ki, bu zaman fərqli seçim ortaya çıxa bilər. Ona görə də ayrı-ayrı sorğuların nəticəsinin üst-üstə düşməməsində məntiqsizlik axtarmağa lüzum yoxdur.
Ötən gün açıqlanan həm də ilin rəmzi komandası idi, 11 nəfərlik heyət mükafatlandırıldı. Mənim üçün tədbiri maraqlı edən həm də bir epizod oldu. Bu, ilin idmançısı Rəsul Çunayevin mükafatlandırılması zamanı baş verdi. Azərbaycan klubları arasında ilk dəfə "Neftçi"ni Avropa Liqasının qrup mərhələsinə çıxaran məşqçi Böyükağa Hacıyev "Bakı 2015" I Avropa Oyunlarının qalibi və dünya çempionunu görcək "Bura gəl" sözünü elə intonasiya ilə tələffüs etdi ki, bu, hətta Çunayevin hərbi salamını da kölgədə qoydu. Hə, bir də Roman Qriqorçukun təqdimatı zamanı video-çarxda ukraynalı mütəxəssisin mətbuat konfransına aerodrom kepkada gəlməsini əks etdirən görüntülər zaldakıların, o cümlədən, elə onun özünün təbəssümünə səbəb oldu.
Beləliklə, ardıcıl 3-cü dəfə "İlin Qalibləri" layihəsini həyata keçirdik. Bu layihənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə, o cümlədən, informasiya dəstəkçisi "Report" agentliyi və baş sponsor "Kolizey İnşaat"a təşəkkürümüzü bildiririk. Açığı, əvvəlki layihələr bu qədər geniş müzakirə doğurmamışdı. Tənqidlər, irad və təkliflər də oldu, müsbət fikirlər də. Deməli, görülən işi qiymətləndirənlər yetərincədir. Ən əsası da budur.
Komandanı isə təbrik edirik. 11 nominant və 3 xüsusi mükafatçıdan ibarət KOMANDANI!
Elşən MƏMMƏDOV, sportnet.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- “Neftçi”də maliyyə böhranı
-
13:06
Azərbaycan paraatleti ilk dəfə dünya çempionu olub
-
12:53
Həndbol millimiz yarımfinalda məğlub uduzub
-
12:41
Azərbaycan cüdoçuları İspaniyada 6 medal qazanıblar
-
12:29
İranda idman tədbirləri ləğv edildi
-
12:18
AFFA Region Liqasında bürünc mükafatçı müəyyənləşib
-
11:55
"Qarabağ"dan son 27 ilin rekordu
-
11:37
Peşəkar Çövkən Liqasında iştirak edəcək komandaların adları müəyyənləşib
-
11:24
PSJ mövsümü qələbə ilə başa vurdu VİDEO
-
11:12
Azərbaycan karateçiləri Avropa çempionatında üç medal qazanıblar
-
10:56
Lukaku "Roma"ya qələbə qazandırdı VİDEO
-
10:43
"Neftçi"dən 50-ci böyükhesablı səfər qələbəsi
-
10:31
"Barselona" 3 xalı 3 qolla qazandı VİDEO
-
10:19
"Mövsümün ən pis oyununu sərgilədik"
-
10:08
"Vilyarreal" - "Real" matçında 8 qol VİDEO
-
10:00
Qaş düzəldən yerdə vurub göz çıxarmaq
-
09:45
"İnter" - "Latsio" matçında qalib aşkarlanmadı VİDEO
-
09:27
Bakıda güləş üzrə Avropa çempionatı başlayır
-
09:14
"Fənərbaxça" derbini 10 nəfərlə qazandı VİDEO
-
09:02
Azərbaycanlı jurnalistlər Avropa Media Kubokunun qalibi oldular
-
19:28
“Qarabağ”ın qapıçısı: “Oyunumdan necə razı qala bilərəm?”
-
18:42
Kaxaber Sxadadze: “Bu gün 6 qol vura bilərdik”
-
18:09
"Ən zəif oyunlarımızdan biri idi"
-
17:53
"Qəbələ"dən ardıcıl 3-cü qələbə
-
17:16
Asif Məmmədova 250 nömrəli forma təqdim olundu
-
13:37
İlkin Qəribli: “Birbaşa Bakı"nın məqsədi qarşıdakı 5 ildə 2 dəfə ÇL-i qazanmaqdır”
-
12:20
Voleybol məşqçiləri üçün seminar keçirilib
-
11:49
"Atalanta"dan səfər qələbəsi VİDEO
-
11:26
"Gəncə" heyətini yeni voleybolçu ilə gücləndirib
-
11:18
"Bavariya" son oyununda uduzdu VİDEO
-
11:05
Azərbaycan bədii gimnastları Neftçalada nümunəvi çıxışlar ediblər
-
10:56
"Bayer" mövsümü məğlubiyyətsiz başa vurdu VİDEO
-
10:41
Azərbaycan Basketbol Liqası: "NTD-İndiqo" bürünc medal qazanıb
-
10:29
"Milan" "Torino"ya uduzdu VİDEO
-
10:14
Azərbaycan cüdoçularından Avropa kubokunda 2 medal
-
10:00
Ata Caber: “Neftçi”də çıxış etmək mənə xoşdur, amma...”
-
09:47
Renatın komandasının "Beşiktaş"dan xal aldı VİDEO
-
09:32
Mahir Emreli 2024-cü ildə ilk oyununa çıxdı
-
23:40
Azərbaycan millisi Molvoda, Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
-
23:26
Renat oynadı, komandası "Beşiktaş"dan xal aldı
-
22:17
"Zirə"dən vacib qələbə VİDEO
-
21:35
Samir Abasov: "Sabah"ın futbolçularını yerdən yığışdırmaq olmurdu"
-
20:04
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
19:52
Şahin Diniyev: “Rəqibin ustalıq səviyyəsi bizdən üstündür”
-
19:43
Miodraq Bojoviçdən qələbə şərhi
-
19:31
Adil Şükürov: "Kişi kimi əllərini sıxıb təbrik etdim"
-
19:19
Rəşad Sadıqov: "Əcnəbi hakimlərin futbolumuza ziyanı olmayacaq"
-
18:58
"Zirə" və "Neftçi"dən vacib qələbə
-
18:27
“Neftçi” çempionluğunu rəsmiləşdirdi
-
15:21
Azərbaycanın üçqat dünya çempionu: "Bu nəticəni gözləyirdim"
-
15:00
Aydın Bayramov: “Qarabağ”a 3 qol vurub, yekunda uduzmaq adama çox pis təsir edir”