19 May 2024, Bazar günü
XXXV turun hakim təyinatları
“Şamaxı” zirvəyə yüksəldi
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi

Ölkə futbolu

"Mən AFFA prezidenti olsam, gərək Rövnəq Abdullayev FİFA prezidenti olsun"

"Ölkə kubokunu qazanmaq şansımız var. Əsas hədəfimiz də elə budur". Futbolxeber.az xəbər verir ki, bu sözləri AFFA İcraiyyə Komitəsinin bugünkü iclasından sonra "Bakı"nın prezidenti Hafiz Məmmədov jurnalistlərə verdiyi açıqlamada deyib. Komandasının Premyer Liqadakı şanslarını dəyərləndirən Məmmədov çempionatda da şanslarının qaldığını bildirib: "Nəzəri cəhətdən çempionatda da mükafatçılar sırasına düşmək şansımız var. Bu bir qədər çətin görünür. Əsas hədəf kubok vasitəsilə avrokuboklara getməkdi".

Klub prezidentinin sözlərinə görə, avrokuboklara vəsiqə qazanılmasa belə, bu, "Bakı" üçün faciə sayılmayacaq: "Kuboku götürüb, Avroliqaya düşməyə çalışacağıq. Amma vəsiqə qazanmasaq belə, bu. bizim üçün faciə olmayacaq. Çünki yayda uzun bir hazırlıq prosesi keçib, sıfırdan komanda qurmaq istəyirik".
 
Məmmədov son vaxtlar ölkə mətbuatında AFFA prezidenti olacağı ilə bağlı dolaşan xəbərlərə də aydınlıq gətirib: "Bunlar hamısı boş-boş məlumatlardı. Əgər mən AFFA prezidenti olsam, gərək Rövnəq Abdullayev FİFA prezidenti olsun".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31