17 May 2024, Cümə
“Şamaxı” zirvəyə yüksəldi
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi
Sxadadze Gürcüstana yollanıb

Ölkə futbolu

Ruslan Kazanda debüt edəcək?

Martın 30-da Rusiya çempionatının 22-ci turu çərçivəsində baş tutacaq "Rubin" - "Lokomotiv" oyunu Kazanda keçirilə bilər. Futbolxeber.az-ın məlumatına görə, bu haqda Kazan mərkəzi stadionun direktoru Pavel Nikulin məlumat verib: "Hazırda qazonun durumu yaxşıdır. Biz hesab edirik ki, martın 30-da burada Rusiya çempionatının oyununu keçirmək mümkündür. Əminəm ki, aprelin 11-ə - "Rubin" - "Çelsi" oyununa kimi qazon optimal vəziyyətdə olacaq. Bir neçə gün əvvəl Rusiya Peşəkar Futbol Liqasının nümayəndələri qazona baxış keçiriblər və hazırki durum onları tam qane edib".

Qeyd edək ki, meydançanın durumu istənilən səviyyədə olmadığından "Rubin" 19-cu turda "Zenit"ə qarşı baş tutan ev oyununu Qroznıda keçirib.

Əlavə edək ki, milli komandamızın üzvü Ruslan Abışovun məzh "Lokomotiv"lə görüşdə "Rubin"in heyətində rəsmi debüt edəcəyi ehtimal olunur




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31