Basketbol
Mövsümün ən erkən qolunun müəllifi: “Oyunçu yetişmir”
Futbolxeber.az saytı qalib olduğu AFFA yanında Media Komitəsinin “Futzal” layihəsi çərçivəsində yazılarını davam etdirir. Layihə çərçivəsində bu dəfə “Ekol”un aparıcı üzvü, milli komandamızın sabiq üzvü Namiq Məmmədkərimovla söhbətləşdik. Təcrübəli oyunçu ölkə çempionatının geridə qalan ilk dövrəsini, “Araz”ın UEFA kubokundakı uğursuzluğu, eləcə də Azərbaycan futzalının hazırkı durumu barədə fikirlərini bölüşdü.
“BU MÖVSÜM ÇEMPİONATDA ASAN KOMANDA, ZƏİF RƏQİB YOXDUR”
İlk dövrənin sonuncu, ümumilikdə 7-ci tur çərçivəsində “Ekol” “Yasamal” üzərində 4:2 hesablı qələbə qazandı. Əsasən iranlı legionerlərdən qurulmuş “Yasamal”la görüş “Ekol” üçün heç də asan olmadı. Bu qələbə isə komandanın aparıcı üzvü Namiq Məmmədkərimovun erkən qolunun böyük rolu oldu. Təcrübəli oyunçu komandasının qələbəsini belə şərh edib: “Oyun gözlənildiyindən də çətin keçdi. Əslində, biz “Yasamal”la görüşə ciddi hazırlaşmışdıq. Çünki bilirik ki, bu mövsüm çempionatda asan komanda, zəif rəqib yoxdur. Hər görüş çətin keçir. Aydın məsələdir ki, hər komanda meydana 3 xal üçün çıxır. Rəqib üçün ciddi hazırlaşmışdıq. Üstəlik, “Yasamal” bizimlə görüşdən öncə heyətini 2 yeni transferlə gücləndirmişdi. Odur ki, bizə qarşı daha əzmlə mübarizə apardılar. Oyun çox çətin keçdi. Yekunda qələbə qazandıq ki, bu münasibətlə komandamızı təbrik edirəm. Vacib olan 3 xal qazandıq”.
“QOLU VURANDA TABLOYA FİKİR VERMƏDİM”
“Yasamal” - “Ekol” görüşü həm də mövsümün rekordu ilə yadda qaldı. Belə ki, Namiq Məmmədkərimov görüşdə hesabı açarkən hakimin start fitindən cəmi 30 saniyə keçmişdi. Təcrübəli oyunçu 30-cu saniyədə fərqlənməklə mövsümün ən erkən qolunun müəllifi oldu: “Sözün açığı, qol vuranda tabloya fikir vermədim. Qolun erkən vurulduğunu bilirdim. Amma dəqiq neçənci saniyədə olmasından xəbərsiz idim. Üstəlik, mövsümün ən erkən qolunun müəllifi olduğumu da bilmirdim. Amma istənilən halda komandamızın uğuru daha vacibdir. Qolun kim tərəfindən vurulması, saniyəsi ciddi fərq etmir. Əsas olan qələbə qazanmaqdır”.
“BÜTÜN OYUNLAR GƏRGİN KEÇİR”
Artıq yüksək liqada ilk dövrə başa çatıb. “Ekol” 12 xalla dövrəni üçüncü pillədə başa vurub. Komanda lider “Araz”dan 4 xal geri qaldığı halda, ikinci pillədə qərarlaşan “Marafon”la eyni xala malikdir və yalnız əlavə göstəricilərdə üçüncü pillədə qərarlaşıb. Məmmədkərimov komandasının ilk dövrədəki çıxışını belə dəyərləndirib: “Əvvəlki kimi çempionatda asan oyun, zəif rəqib yoxdu. Bütün oyunlar qarşılıqlı hücumlar, gərgin mübarizə şəraitində keçir. İlk turda “Araz”la qarşılaşmışdıq. Gərgin keçən görüşdən 1:2 hesablı yenilgi ilə ayrıldıq. Mövsümə məğlubiyyətlə başlasaq da, ilk görüşdə yaxşı təsir bağışlamışdıq. Həmin matçdan sonra hər kəs bizdən inamlı çıxış gözləyirdi. Çünki “Araz”a qarşı o cür oyun sərgiləyən, müqavimət göstərən komanda digər matçlarda daha yaxşı çıxış etməliydi. Lakin nədənsə “Araz”a məğlubiyyətdən sonra komandada ruh düşkünlüyü yarandı. Halbuki növbəti matçlarda daha yaxşı oynamalıydıq. Ancaq əksinə olaraq pis oynadıq. Sevindirici hal odur ki, “İtaldizayn”la oyunda qələbə qazanmaqla özümüzə gəldik. Ondan sonra komanda toparlandı. Dövrənin sonluğunu da uğurla başa vurduq”.
“Ekol”un aparıcı üzvü çempionatdakı rəqabəti də dəyərləndirib: “Müqayisə aparası olsaq, 7 komanda arasında yalnız “Xəmsə”ni nisbətən zəif saya bilərik. Çünki digər komandalardan fərqli olaraq onlar hər gün yox, həftədə 3 dəfə məşq edirlər. “Araz” digərlərindən bir qədər daha üstündü. Bunu da hər kəs bilir. Naxçıvan klubu millinin əsasını təşkil edir. Heyətdəki braziliyalılar yüksək səviyyələri ilə seçilirlər. Digər komandalar isə eyni səviyyədədirlər. Çempionatda aşkar autsayder yoxdur”.
“BİZDƏN SONRA CAVANLAR YETİŞMİR”
Cari mövsüm yüksək liqada çıxış edən klubların əksərinin heyətindəm xeyli sayda legioner var. “Araz”ın əsas qüvvəsi braziliyalı legionerlər olduğu hal da, digər kollektivlər iranlı əcnəbilərə güvənirlər. Təcrübəli oyunçu kimi həmsöhbətimizin bu barədə fikiləri maraqlıdır. Niyə bu gün yüksək liqada bacarıqlı, istedadlı gənclərin sayı kifayət qədər deyil?
“Həqiqətən də vəziyyət ürəkaçan deyil. Təəssüflə qeyd etməliyəm ki, bizdən sonra cavanlar gəlmir. Bu da futzal məktəbinin olmamasından irəli gəlir. Əgər gənclər olsaydı, bizim də yerimizi doldura bilərdilər. Oyunçu yetişmir. Legioner də məcburiyyətdən gəlir. Uşaq məktəbinin olmaması sözünü deyir. Bünövrə olmalıdır. Məktəb olsaydı, biz də işləyib bacarığımızı gənclərə öyrədərdik”.
Cari mövsüm əvvəlki illərdən fərqli olaraq, bu il yüksək liqaya maraq böyükdür. Çempionatın oyunları televiziya vasitəsi ilə canlı yayımlanır. Oyunları izləyən azarkeşlərin də sayı az deyil. Elə Namiq Məmmədkərimov da çempionata diqqətin artdığını bildirib:
“Cari mövsümdə mətbuatın diqqəti artıb. Siz jurnalistlər sağ olun ki, futzalı işıqlandırırsız. “CBC-Sport” kanalı da görüşləri canlı yayımlayır. Bütün bunlar gəncləri həvəsləndirir. Gələcəkdə futzal məktəblərinin yaranması çox yaxşı olardı. Əsas odur ki, işə start verilsin. Ardı sonradan gələcək. Zamanla məktəblərdə istedadlı gənclər də yetişəcək”.
“NİZAM-İNTİZAM OLMADIĞI ÜÇÜN “ARAZ” QRUPDA QALDI”
Bir müddət əvvəl ölkə çempionu “Araz” Rumıniyada keçirilən UEFA Kubokunun seçmə mərhələsində uğursuzluğa düçar oldu. Çempionumuz 2 turdan sonra qrup lider olsa da, son matçda gözlənilməz məğlubiyyət almaqla birinciliyi əldən verdi. Halbuki əksəriyyət çempionumuzun asanlıqla mərhələ adlayacağını düşünürdü. Elə Naxçıvan təmsilçisinin sabiq üzvü olan Namiq Məmmədkərimov da eyni fikirdədir:
“Araz”da 9 il oynamışam. Bu komanda mənim üçün doğmadır. Onların bu il Avropada uğur qazanacaqlarına inanırdım. Təkcə mən yox, hər kəs “Araz”ın qrup birincisi olacağını gözləyirdi. Düşünürdüm ki, 9 xalla qrup lideri kimi növbəti mərhələyə adlayacaqlar. Qrup elə də güclü deyildi. İspaniya, İtaliya, Rusiya kimi ölkələrin təmsilçiləri rəqib deyildi. Amma təəssüf ki, “Araz” qrup birincisi ola bilmədi. Rumıniyadakı uğursuzluğun səbəbini nizam-intizamsızlıqla bağlayardım”.
Qarşıdan Avropa çempionatı gəlir. Futzal millimiz ardıcıl beşinci dəfə qitə birinciliyində mübarizə aparacaq. Sloveniyada keçiriləcək yarışda millimiz İspaniya və Fransa milliləri ilə eyni qrupda yarışacaq. Həmsöhbətimiz millimizin Avro-2018-dəki şanslarını da dəyərləndirdi:
“İspaniya millisi qrupun aşkar favoritidir. Bu haqda heç danışmağa dəyməz. Bu gün ispanları məğlub etməyimiz real görünmür. Amma Fransanı mütləq üstələməliyik. Hesab edirəm ki, Azərbaycan yığması qrup ikincisi kimi növbəti mərhələyə adlayacaq. 1/4 finalda isə Ukrayna, yaxud Portuqaliya ilə üz-üzə gələcək ki, bu da millimizin yarımfinala adlamaq şansını artıracaq”.
Məmmədkərimov yığmamızın çalışdırıcısı barədə də fikirlərini bölüşüb: “Joze Alessionu yaxşı tanıyıram. 5 il onun rəhbərkiyi altınd çıxış etmişəm. O, peşəkar məşqçidir. Taktiki baxımdan çox güclüdür. Əminəm ki, Rumıniyadakı səhvlərdən nəticə çıxarıb. UEFA Kubokundan fərqli olaraq Avropa çempionatında millimiz uğur qazanacaq. Komandanı qitə birinciliyinə lazımi səviyyədə kökləyə biləcək. Həm də unutmayaq ki, UEFA Kuboku ilə müqayisədə Avropa çempionatı daha səviyyəli turnirdir”.
“MİLLİ QAYITMAQDAN ƏLİMİ ÜZMƏMİŞƏM”
Cari mövsüm “Ekol”un heyətində özünü yaxşı tərəfdən göstərən həmsöhbətimiz hələ ki millidəki karyerasını başa vurmayıb. O qeyd edib ki, yığmaya qayıdacağına inanır: “Milliyə qayıtmaqdan əlimi üzməmişəm. Hər zaman dəvət gözləyirəm. Millinin formasını geyməyi çox istəyirəm. Özümü buna hazır sayıram. Yığmaya dəvət almaq üçün əlimdən gələni edirəm. Yenə də edəcəyəm. Alessio məni tanıyır, oyunuma bələddi. Onunla tez-tez görüşürük. Amma milli karyeram barədə hər hansı söhbətimiz olmayıb. Ümidimi üzmürəm. Avropa çempionatında oynamaq arzumdur. İranda keçiriləcək beynəlxalq turnirdə adım yığmaya namizədlər siyahısında idi. Hətta ilkin siyahıda “Ekol”dan 3 nəfər var idi ki, onlardan biri də mən idim. Ancaq yekun siyahıda adıma rast gəlmədim. İstənilən halda, mən dəvət gözləyirəm. Bu baş verəcəyi halda, yığmanın uğuru üçün daim əlimdən gələni etməyə hazıram”.
Söhbətləşdi: FƏRƏC
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- Bir fotonun qorxusu... - QEYD
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
19:28
“Qarabağ”ın qapıçısı: “Oyunumdan necə razı qala bilərəm?”
-
18:42
Kaxaber Sxadadze: “Bu gün 6 qol vura bilərdik”
-
18:09
"Ən zəif oyunlarımızdan biri idi"
-
17:53
"Qəbələ"dən ardıcıl 3-cü qələbə
-
17:16
Asif Məmmədova 250 nömrəli forma təqdim olundu
-
13:37
İlkin Qəribli: “Birbaşa Bakı"nın məqsədi qarşıdakı 5 ildə 2 dəfə ÇL-i qazanmaqdır”
-
12:20
Voleybol məşqçiləri üçün seminar keçirilib
-
11:49
"Atalanta"dan səfər qələbəsi VİDEO
-
11:26
"Gəncə" heyətini yeni voleybolçu ilə gücləndirib
-
11:18
"Bavariya" son oyununda uduzdu VİDEO
-
11:05
Azərbaycan bədii gimnastları Neftçalada nümunəvi çıxışlar ediblər
-
10:56
"Bayer" mövsümü məğlubiyyətsiz başa vurdu VİDEO
-
10:41
Azərbaycan Basketbol Liqası: "NTD-İndiqo" bürünc medal qazanıb
-
10:29
"Milan" "Torino"ya uduzdu VİDEO
-
10:14
Azərbaycan cüdoçularından Avropa kubokunda 2 medal
-
10:00
Ata Caber: “Neftçi”də çıxış etmək mənə xoşdur, amma...”
-
09:47
Renatın komandasının "Beşiktaş"dan xal aldı VİDEO
-
09:32
Mahir Emreli 2024-cü ildə ilk oyununa çıxdı
-
23:40
Azərbaycan millisi Molvoda, Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
-
23:26
Renat oynadı, komandası "Beşiktaş"dan xal aldı
-
22:17
"Zirə"dən vacib qələbə VİDEO
-
21:35
Samir Abasov: "Sabah"ın futbolçularını yerdən yığışdırmaq olmurdu"
-
20:04
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
19:52
Şahin Diniyev: “Rəqibin ustalıq səviyyəsi bizdən üstündür”
-
19:43
Miodraq Bojoviçdən qələbə şərhi
-
19:31
Adil Şükürov: "Kişi kimi əllərini sıxıb təbrik etdim"
-
19:19
Rəşad Sadıqov: "Əcnəbi hakimlərin futbolumuza ziyanı olmayacaq"
-
18:58
"Zirə" və "Neftçi"dən vacib qələbə
-
18:27
“Neftçi” çempionluğunu rəsmiləşdirdi
-
15:21
Azərbaycanın üçqat dünya çempionu: "Bu nəticəni gözləyirdim"
-
15:00
Aydın Bayramov: “Qarabağ”a 3 qol vurub, yekunda uduzmaq adama çox pis təsir edir”
-
14:43
Həndbol millimiz Özbəkistandakı turnirdə üçüncü qələbəsini qazanıb
-
13:52
Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək
-
13:19
Lamiyə Vəliyeva dünya çempionu oldu
-
12:36
Premyer Liqamızda 35-ci turun əcnəbi VAR hakimləri açıqlandı
-
12:08
Şahruddinin komandası "Antalyaspor"a uduzdu VİDEO
-
11:27
Azərbaycan boksçuları Macarıstandakı turniri iki medalla başa vurublar
-
10:54
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
-
10:31
“Heydər Əliyev Kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finala yüksəlib
-
10:13
Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında
-
10:00
Leandro Andrade transfer məsələsində son nöqtəni qoydu: "Qarabağ"da qalmaq istəyirəm"
-
09:42
"Fiorentina" - "Napoli" oyununda 4 qollu heç-heçə VİDEO
-
23:34
Qurban Qurbanov: “Mənim "Qarabağ"la hələ 1 illik müqaviləm var"
-
23:22
Ayxan Abbasov: "Bizdə fitnes zalı kiçik olur, yeməkxana böyük"
-
23:00
"Qarabağ" - "Turan Tovuz" matçında 7 qol VİDEO
-
22:19
"Qarabağ" "Turan Tovuz" üzərində çətin qələbə qazandı
-
19:55
“Neftçi” “Səbail” önünə 4 itki ilə çıxacaq
-
19:26
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
18:03
Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər
-
17:41
Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb