2 Aprel 2026, Cümə axşamı
Millimiz FIFA reytinqində irəlilədi
"Kəpəz" 6500 manat cərimələndi
Vaqif Cavadov Azərbaycan millisində
Riad Rəfiyev Harvardın məzunu oldu

Xarici futbol

"Zirə"nin legioneri FİFA seriyasının ən yaxşısı seçildi

"Zirə"nin futbolçuları Leroy-Jak Mikels və Anje Mutsinzinin çıxış etdiyi Ruanda millisi  “FİFA Series – 2026” beynəlxalq turnirinin qalibi olub.

Futbolxeber.az saytının məlumatına görə, Ruandanın Kiqali şəhərinin "Amoxoro" stadionunda keçirilən və 45 min tamaşaçının izlədəyi matçda komanda final görüşündə Estoniya millisi ilə üz-üzə gəlib.

Həm Mikels, həm də Mutsinzi oyuna start heyətdə çıxıb. Görüş Ruandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qrenada ilə oyunda (4:0) millidə debüt edən və ilk qolunu vuran Leroy-Jak Mikels bu görüşdə də rəqib qapısına yol tapıb. O, həm də digər qolun ötürməsini edib. 30 yaşlı hücumçu bu oyunu ilə turnirin ən yaxşı futbolçusu seçilib.

Oyunda Leroy-Jakın Azərbaycanda çxış edən digər iki qardaşı - Coy-Lens Mikels ("Sabah") və Coy Slayd Mikels ("Karvan-Yevlax") də iştirak edib. Coy-Lens start heyətdə, Coy Slayd isə sonradan meydana çıxıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30