3 Oktyabr 2025, Cümə
VII turun hakim təyinatları
Prezident “Qarabağ”ı təbrik etdi
Oyunun ən yaxşısı Elvin oldu
"Qarabağ" "Kopenhagen"ə qalib gəldi

Xarici futbol

Fransa millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

Fransa yığmasının DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və İslandiya milli komandalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, baş məşqçi Didye Deşam D qrupu çərçivəsində oktyabrın 10-da Parisdə Azərbaycan, 13-də isə Reykyavikdə İslandiya millisinə qarşı baş tutacaq matçlara 23 futbolçu dəvət edib.

Qapıçılar: Luka Şevalve (PSJ), Mayk Menyan (“Milan”, İtaliya), Bris Samba (“Renn”);

Müdafiəçilər: Luka Din (“Aston Villa”, İngiltərə), Malo Qyusto (“Çelsi”, İngiltərə), Lukas Ernandes (PSJ), Teo Ernandes (“Əl-Hilal”, Səudiyyə Ərəbistanı), İbrahima Konate (“Liverpul”, İngiltərə), Jül Kunde (“Barselona”, İspaniya), Vilyam Saliba (“Arsenal”, İngiltərə), Dayo Upamekano (“Bavariya, Almaniya);

Yarımmüdafiəçilər: Eduardo Kamavinqa (“Real”, İspaniya), Manu Kone (“Roma”, İtaliya), Maykl Olise (“Bavariya”, Almaniya), Adrien Rabyo (“Milan”, İtaliya), Kefren Türam (“Yuventus”, İtaliya);

Hücumçular: Manes Akliuş (“Monako”), Bradli Barkola (PSJ), Kinqsli Koman (“Əl-Nəsr”, Səudiyyə Ərəbistanı), Uqo Ekitike (“Liverpul”, İngiltərə), Jan-Filipp Mateta (“Kristal Pelas”, İngiltərə), Kilian Mbappe (“Real”, İspaniya), Kristofer Nkunku (“Milan”, İtaliya).

Qeyd edək ki, Fransa - Azərbaycan qarşılaşması oktyabrın 10-da, Bakı vaxtı ilə saat 22:45-də “Park de Prens” stadionunda keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31