22 Oktyabr 2025, Çərşənbə
Abubakar rəsmən “Neftçi”də
IX turun hakim təyinatları açıqlandı
“Neftçi” 9700 manat cərimələndi
“Qarabağ” İspaniyaya yollandı

Xarici futbol

Gürcüstanın yeni prezidenti keçmiş futbolçu olacaq

Gürcüstan millisinin sabiq futbolçusu futbolçusu Mixail Kavelaşvili Gürcüstan prezidenti ola bilər.
 
Futbolxeber.az saytının Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, ölkənin hakim “Gürcü arzusu” partiyası Kavelaşvilinin namizədliyini irəli sürüb.
 
Gürcüstanda prezident seçkiləri dekabrın 14-də keçiriləcək, yeni prezidentin andiçmə mərasimi isə dekabrın 29-da olacaq. Bu il ilk dəfə olaraq prezident seçkiləri 300 nəfərdən ibarət seçki kollegiyası tərəfindən keçiriləcək.
 
Qeyd edək ki, Kavelaşvili "Dinamo" (Tibilisi) ilə dəfələlə Gürcüstan çempionu olub. O, 1991-2002-ci illərdə Gürcüstan millisinin formasını geyinib. 53 yaşlı sabiq hücumçu 1995-1997-ci illərdə "Mançester Siti"də də oynayıb. Kavelaşvili peşəkar karyerası ərzində İsveçrənin "Qrashopper", "Sürix", "Sion", "Aray" və "Bazel" komandalarında da çıxış edib.
 
O, Azərbaycan milli komandasının sabiq kapitanı Nazim Süleymanovla 1995-ci ildə "Spartak-Alaniya" klubunda komanda yoldaşı olub.
 
2016-cı ildə o,“Gürcü arzusu” partiyasının namizədi kimi Gürcüstan parlamentinin deputatı seçilib.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31