1 Noyabr 2025, Şənbə
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Qarabağ" "İmişli"yə qarşı
"Kəpəz" 10 min manat cərimələndi

Xarici futbol

Qasperini 900-ə çatdı

İtaliya A seriyasının 7-ci turu “Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini üçün əlamətdar olub. 
 
Futbolxeber.az saytının məlumatına görə, onun komandası öz meydanında “Cenon”nı 5:1 hesabı ilə məğlub edib. Bu qələbə sayəsində Qasperini İtaliya çempionatında 900 xal həddinə çatan sayca dördüncü məşqçi olub. Bu nəticəyə imza atmaq üçün 66 yaşlı mütəxəssisə 568 matç lazım gəlib. 
 
Siyahıda üçüncü yeri Karlo Ançelotti tutur. O, “Parma, “Yuventus”, “Milan” və “Napoli”dəki fəaliyyəti dövründə 488 matçda 950 xal toplayıb.  
 
İtaliya millisinin hazırkı baş məşqçisi Luçano Spaletti A seriyasında 7 klubu çalışdırmaqla 559 görüşdə 996 xal toplamağa müvəffəq olub. 
 
A seriyasında ən çox xal toplayan məşqçi isə Massimiliano Alleqridir. O, 506 matçda 1012 xal toplayıb. 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30