25 Oktyabr 2025, Şənbə
Kurban Berdıyevdən qələbə şərhi
“Səbail” qələbəni əldən verdi
"Qarabağ" "Atletik"ə məğlub oldu
Abubakar rəsmən “Neftçi”də

Ölkə futbolu

Yon-Dal Tomasson: "Azərbaycanla matçda mütləq qələbə qazanmalıyıq"

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan millisi sabah Tofiq Bəhramov adına Respublika Stadionunda İsveçlə qarşılaşacaq. 
 
Futbolxeber.az saytının məlumatına görə, İsveç milli komandasının baş məşqçisi Yon-Dal Tomasson oyundan əvvəl təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
 
- Siz milliyə gələndən sonra 4 oyun keçirmisiz. Komandada nələri dəyişmisiz?
- İşə yeni başlamışıq. Gündən-günə yaxşı oynayırıq. Hazırda fərqli futbolçuları sınaqdan keçiririk. Sabahkı matçda mütləq qələbə qazanmalıyıq. Futbolçularımın qürurla çıxış etməsinii gözləyirəm..
 
- Azərbaycan milisi haqda hansı məlumatlara sahibsiniz?
- Son oyunların hamısını izləmişik. Azərbaycan millisi evdə çox yaxşı oynayır. İsveç üzərində də daha əvvəl 3:0 hesablı qələbə qazanıblar. Təbii ki, sabahkı oyunun eyni cür yekunlaşmasını istəmirik.
 
- Komandanızda 2 super hücumçu var. Fernandu Santuşun komandaları isə ultramüdafiə ilə seçilir. Bunu nəzərə alaraq sabah 2 hücumçu ilə oynamağınız mümkündür?
- İlk növbədə onu deyim ki, ümumilikdə biz hücumameyilli futbol oynamaq fikrindəyik. Bunu həm federasiya rəhbərliyi istəyir, həm mən, həm də komanda. Ancaq sabahkı matçda tək hücumla iş bitmir. Müdafiəni də unutmaq olmaz. Sabah hər iki hücumçumuz meydanda olacaq.
 
- Sabah havanın isti olması oyununuza necə təsir edə bilər?
- Bunun əhəmiyyəti yoxdur. Havanın isti olmasını oyuna təsir edəcək faktor kimi görmürəm.
 
- Start heyətini artıq müəyyənləşdirmisiniz?
- Bəli, beynimdə artıq seçim etmişəm.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31