16 Iyun 2024, Bazar günü
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Xarici futbol

İnzagi: “Hakim səhvləri bizə mane olur”

“İnter”in baş məşqçisi Simone İnzagi hakim səhvlərindən gileylənib.

Futbolxeber.az saytının “Football İtalia”ya istinadən verdiyi məlumata görə, 46 yaşlı mütəxəssis dünən “Yuventus”la oyundan sonra (0:1) qeyd edib ki, hakim səhvləri “İnter”in Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparmasına mane olur:

“Biz “Yuventus”a qarşı çox oynamışıq. Bilirdik ki, onlar əks-hücumda çox təhlükəli olurlar. Normadan daha çox səhvə yol verdik. Lakin söhbət hakim səhvinin nəticəyə birbaşa təsir etdiyi matçdan gedir. Bu, ilk belə hal deyil. Ümumiyyətlə, hakim səhvləri bizə A seriyasında Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparmağa mane olur. Meydanda nə baş verdiyi aşkar görünürdü. Heç videotəkrara ehtiyac da yox idi. Biz “Yuventus”la oyuna final kimi yanaşırdıq. Futbolçularım da bütün güclərini meydanda qoydular. Onlara hər hansı iradım yoxdur”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30