10 Avqust 2025, Bazar günü
Ribeyro rəsmən “Neftçi”də
“Bunu qəbul etmək lazımdır”
"Araz-Naxçıvan"dan ağır yenilgi
"Sumqayıt" "Qəbələ" ilə heç-heçə etdi

Xarici futbol

Ronaldo “Şerif”lə oyunun iştirak ərizəsində

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqla komandanın üzvü Kriştianu Ronaldo arasındakı problem aradan qalxıb.

Futbolxeber.az saytının ESPN-ə istinadən verdiyi məlumata görə, bugünkü görüş zamanı tərəflər arasında razılıq əldə olunub. Holland məşqçi Ronaldo ilə bağlı problemin aradan qalxmasına görə şad olduğunu bildirib.

37 yaşlı forvard artıq bu gündən əsas komandanın məşqlərinə də qoşulub. Üstəlik, portuqaliyalı futbolçunun adı 2 gün sonra UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Şerif”ə qarşı keçiriləcək oyunun iştirak ərizəsinə də daxil ediləcək.

Qeyd edək ki, cari mövsüm 12 oyuna çıxan Ronaldo 2 qola imza atıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31