25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

Amerikalı məşqçi Rüfəti təriflədi

"Rüfət Dadaşov hücumda oyunumuzu asanlaşdırır. Rəqibin müdafiəsini rahat keçə bilirik. Hazırda müdafiəyə kömək edən forvard azdır".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın "Finiks Rayzinq" klubunun baş məşqçisi Rik Şants USL liqasının 2-ci turunda "Los Anceles Qelaksi-2"yə qalib gəldikləri oyundan (4:0) sonra deyib.

Rüfət Dadaşovu tərifləyən baş məşqçi onun komandaya çox faydalı olduğunu bildirib: "Biz axtardığımız hücumçunu Rüfətlə tapdıq. Onun mərkəzdə topla rəftarı, fiziki göstəriciləri sayəsində cinah hücumçularımız daha aqressiv ola bilirlər. Rəqibin iki mərkəz müdafiəçisini özünə cəlb edən "9 nömrəniz" varsa, bunun sizə çox köməyi dəyər. Rüfət də cinahları yaxşı idarə edə bilir. Onun sayəsində cinah oyunçularımız üçün böyük boşluqlar yaranır. Rüfətin topa təzyiqi, yumşaq ayaqları, hava mübarizəsində üstün olması rəqibləri geri çəkilməyə vadar edir. Bir az da sürəti olsaydı, Almaniyanın ən yüksək səviyyəli futbolçularından olardı. Zəkası və oyunu oxumaq qabiliyyəti çox yüksəkdir".

Qeyd edək ki, USL-in B qrupunda yer alan "Finiks Rayzinq" keçirdiyi hər 2 matçda qələbə qazanıb. Rüfət Dadaşov 3 qolla bombardirlər yarışına başçılıq edən 3 futbolçudan biridir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30