Xarici futbol
“Golden Foot”un yeni sahibi “Antalyaspor”lu oldu
Ötən həftə Monako Knyazlığında “Golden Foot”un (“Qızıl ayaq”) 13-cü dəfə təşkil olunan ənənəvi mükafatlandırma mərasimi baş tutub. Futbolxeber.az-ın məlumatına görə, üçüncü dəfə sözügedən mükafata Türkiyə çempionatında çıxış edən futbolçu layiq görülüb. “Antalyaspor”un kamerunlu hücumçusu Samuel Eto’o 2015-ci ilin “Golden Foot”una sahib çıxıb. 34 yaşlı futbolçunun karyerasına nəzər salsaq, iki dəfə “Barselona” (2006, 2009), bir dəfə də “İnter”lə (2010) Çempionlar Liqasının, bir dəfə “İnter”lə (2010) klubların dünya çempionatının, Kamerun millisi ilə iki dəfə Afrika Millətlər kubokunun (2000, 2002) və bir dəfə Olimpiya Oyunlarının (2000) qalibi olduğunu, dörd dəfə Afrikanın ən yaxşı futbolçusu seçildiyini (2003, 2004, 2005, 2010), bir dəfə isə dünyanın ən yaxşı futbolçusu seçimində 3-cü yeri tutduğunu (2005) görərik.
Eto’odan başqa, keçmiş məşhur futbolçulardan SSRİ yığma komandasının və “Spartak”ın sabiq qapıçısı Rinat Dasayev, iki qat dünya çempionu olan (1978, 1986) yeganə argentinalı Daniel Passarella, “Real”, “Barselona” və “Qalatasaray”da oynamış əfsanəvi rumıniyalı Georghe Haci və Fransa millisi ilə 1998-ci ildə dünya, 2000-ci ildə Avropa çempionluğunu qazanan David Trezege isə Monakoda “Futbol əfsanəsi” kimi mükafatlandırılıblar.
Monako şahzadəsi II Albertin himayəsiylə təsis edilən «Golden Foot» idmandakı nailiyyətlərinə, şəxsiyyətinə görə digərlərindən fərqlənən, yaşı 28-dən yuxarı futbolçulara verilir və onu yalnız bir dəfə qazanmaq olar. Mükafatın tərkibində 140 qram qızılın olduğu bildirilir.
Həmçinin «Golden Foot»un sahibi və “Futbol əfsanələri” Monako Knyazlığındakı dəniz sahilində yerləşən “Çempionlar sahili”ndə (“Champions Promenade”) öz ayaq (qapıçılar - əl) izlərini qoyurlar.
Ümumiyyətlə, 2003-cü ildə təsis edilən «Golden Foot» uğrunda mübarizədə İtaliya və Braziliya təmsilçilərinin üstünlüyü var. İndiyə kimi bu mükafata 3 italiyalı (Roberto Bacco, Alessandro Del Pyero, Françesko Totti) və 3 braziliyalı (Ronaldo, Roberto Karlos, Ronaldinyo), həmçinin hərəyə bir dəfə çexiyalı (Pavel Nedved), ukraynalı (Andrey Şevçenko), uelsli (Rayan Giqqs), isveçli (Zlatan İbrahimoviç), kot d’ivuarlı (Didye Droqba), ispaniyalı (Andres İnyesta) və kamerunlu (Samuel Eto’o) sahib çıxıb. Klublara gəlincə, «Golden Foot»u hərəyə 2 dəfə “Yuventus” və “Milan”ın, 1 dəfə isə “Real”, “Breşiya”, “Fənərbağça”, “Roma”, “Mançester Yunayted”, “Paris SG”, “Qalatasaray”, “Barselona” və “Antalyaspor”un oyunçuları qazanıblar.
“Futbol əfsanəsi” kimi mükafatlandırılan keçmiş məşhur futbolçuları (Maradona, Pele, Zidan, Eusebio, Bekkenbauer, Platini, Kantona, Valderrama və b.) da nəzərə alsaq, indiyədək 80-ə yaxın şəxsin mükafanlandırıldığını da qeyd edək.
Yeri gəlmişkən, Monakodakı tədbirdə Azərbaycanı «Golden Foot»un münsiflər heyətinin üzvü Rasim Mövsümzadə təmsil edib.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Vernidub sabiq futbolçusunu “Neftçi”yə gətirir?
- "Neftçi" Çempionlar Liqasının iştirakçısı ilə qarşılaşacaq
- Joni Montiel: “Qarabağ” hamının məğlub etmək istədiyi komandadır”
- Azər Bağırovdan qələbə şərhi
- AFFA klubları soyur! - ARAŞDIRMA
- “Botafoqo” “Qarabağ”a ikinci dəfə rəsmi təklif göndərdi
- Adel Amruş: “Hələ də maşında Azərbaycan musiqisinə qulaq asıram”
- “Neftçi” - “Kayrat” oyununun vaxtı müəyyənləşdi
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş intellektual yarış keçirilib
- Yuri Vernidub: "Mövsümün sonunda "Neftçi" mütləq ön pillələrdə olmalıdır"
- "Neftçi" qələbəni əldən verdi
- İnternat tipli məktəbin şagirdləri "Qarabağ"ın qonağı olublar
- “Neftçi” qalib gəldi, “Zirə” xal itirdi
- "Neftçi" Rusiya klubu ilə əməkdaşlıq edəcək
- Emin Mahmudov: “Şükür, yaxşı qurtardıq”
-
16:05
Güləş üzrə Azərbaycan çempionatına yekun vurulub
-
15:28
Qurban Qurbanov 15 yaşlı futbolçunu əsas komandaya çağırdı
-
11:32
"Atalanta" 3 xalı 2 qolla qazandı VİDEO
-
11:16
Millimizin üzvü Erediviziyada növbəti oyuna çıxdı
-
10:59
"Roma"nın qələbəsi VİDEO
-
10:41
“Karvan-Yevlax” “Səbail”in müdafiəçisi ilə gücləndi
-
10:27
Türkiyə Superkubokunu "Fənərbaxça" qazadı VİDEO
-
10:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
18:00
“Araz-Naxçıvan” gücünü əvəzedicilərə göstərdi
-
17:41
Azər Bağırov məğlubiyyəti şərh etdi: “Yaxşı mübarizə apardıq”
-
16:57
Mbappe “Barselona”ya qarşı oynayacaq?
-
16:35
“Qəbələ” “Kəpəz”ə qalib gəldi
-
16:12
PSJ-nin yarımmüdafiəçisi “Qalatasaray”ın hədəfində
-
15:27
“Mançester Yunayted”in baş məşqçi postuna əsas namizəd müəyyənləşdi
-
15:08
"Qarabağ" da Türkiyəyə getdi
-
14:53
Azərbaycan Voleybol Federasiyası yeniyetmə və gənc qızlar arasında seçimlərə start verir
-
13:39
"Sumqayıt"dan transfer
-
13:14
“Neftçi”nin sabiq müdafiəçisi “Qarabağ”la “Kayrat”ı müqayisə etdi
-
12:46
Qara görə Bundesliqa oyunları təxirə salındı
-
11:21
Göyçayda 4 güləş zalı istifadəyə verilib
-
10:58
Mərakeş Kamerunu mübarizədən kənarlaşdırdı VİDEO
-
10:32
"Zirə" Antalyaya yollandı
-
10:17
“Ayntraxt” - “Borussiya” matçında 6 qol VİDEO
-
09:43
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:20
Seneqal yarımfinalda VİDEO
-
23:12
"Neftçi"dən "Kayrat"a 3 cavabsız qol VİDEO
-
23:01
Rəşad Nəbiyev Şabran Cüdo Təlim Mərkəzinə baxış keçirib
-
22:49
"Naxçıvan" XII turu qələbə ilə başa vurdu
-
21:33
Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı başa çatıb
-
20:58
Azərbaycan birinciliyi və çempionatı keçiriləcək
-
19:26
“Pakş”ın baş məşqçisi: “Sumqayıt” futbol oynamaq istəyirdi, bu da işimizə yaradı”
-
19:15
"Qarabağ"ın mətbuat üçün açıq məşqi FOTOLENT
-
19:00
"Neftçi" "Kayrat"ı darmadağın etdi
-
18:44
Saşa İliç: “Bu cür oyunlarda nəticə vacib deyil”
-
18:37
Sərbəst güləş üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib
-
18:02
AFFA 3 komandanın şikayətini təmin etdi
-
17:51
"Sumqayıt" "Pakş"a məğlub oldu
-
17:29
Azərbaycanda dekabr ayının ən yaxşı qolları müəyyənləşdi
-
17:16
Amerikalı legioner bölgə klubuna lazım olmadı
-
16:38
Azərbaycanın "İdman Paytaxtı"nın loqosu təqdim edilib
-
15:53
I Liqa klubunda ayrılıq
-
15:24
"Qəbələ" onunla vidalaşdı
-
15:00
Audiovizual Şura "Neftçi TV" üçün platforma yayımçısı lisenziyasını ləğv edib
-
14:45
Azərbaycan cüdoçuları üçün maarifləndirmə tədbiri təşkil olunub
-
14:17
"Bakı-Xankəndi" Azərbaycan Velosiped Yarışının maskotu müəyyənləşib
-
13:59
"Turan Tovuz"un Rumıniya klubu ilə oyunu ləğv olundu
-
13:37
"Sumqayıt" fitnes salonunda çalışdı FOTOLENT
-
13:22
“Qarabağ”ın legioneri İliç haqda “Sumqayıt” gözlənilməz və fenomenal nəticələr əldə edir”
-
12:41
"Liverpul" "Qarabağ" azarkeşlərinə neçə bilet ayırıb?
-
12:16
“Qarabağ” Renata təklif göndərib?
11.01.2026
10.01.2026
09.01.2026























