5 Dekabr 2025, Cümə
Bu gün DÇ-2026-nın püşkü atılır
Azər Bağırov: “Qələbəyə çox inanırdım”
Saşa İliç: “Cəzam çox ağırdır”
Sonuncu 1/4 finalçı "Kəpəz" oldu

Digər idman növləri

Xetaq Qazyumov: "İslamiadada azarkeşlərin etimadını doğruldacağımıza inam böyükdür"

Azərbaycanın sərbəst güləş millisinin VI İslam Həmrəyliyi Oyunlarında etimadı doğruldacağına inam böyükdür.

Futbolxeber.az saytının məlumatına görə, bunu komandanın baş məşqçisi Xetaq Qazyumov Güləş Federasiyasına açıqlamasında deyib.

Mütəxəssis idmançıların şanslarını dəyərləndirib: “Hazırlıq plan üzrə gedir. Dünya çempionatından sonra 2 təlim-məşq toplanışı keçdik. Fiziki hazırlıq və gücə dayalı toplanışın ardınca taktiki-texniki çalışmalara üstünlük verdik. Yoxlama görüşləri keçirdik. Milli üzvlərinin hazırlıq səviyyəsini nəzərdən keçirdik. Allaha şükürlər olsun ki, zədəli güləşçilərimiz yoxdur. Azarkeşlərin etimadını doğruldacağımıza inam böyükdür. Təbii ki, idmançı ilboyu pik səviyyədə ola bilməz. Ancaq İslam Oyunları böyük yarışdır. Bu baxımdan xüsusi motivasiyaya ehtiyac yoxdur. İdmançılar dincəlib və bərpa prosesi keçib. Eşitdiyimə görə, orada indi çox istidir. Deməli, biz həm də hava şəraitiylə də mübarizə aparmalıyıq. Sözsüz ki, əsas rəqib İran güləşçiləridir. Legionerlərdən təşkil edilmiş Bəhreyn və Albaniya komandalarını, həmçinin Türkiyə millisini də ciddi rəqib görürük. Rəqibləri fərdi qaydada təhlil edirik. Ümid edirik ki, hər şey yaxşı olacaq".

Qeyd edək ki, İslamiadada güləş yarışları noyabrın 18-dən 21-nə qədər keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31