5 Dekabr 2025, Cümə
Bu gün DÇ-2026-nın püşkü atılır
Azər Bağırov: “Qələbəyə çox inanırdım”
Saşa İliç: “Cəzam çox ağırdır”
Sonuncu 1/4 finalçı "Kəpəz" oldu

Digər idman növləri

Millimizin voleybolçusu: "İslamiadada birinci yeri tutmaq üçün əlimizdən gələni etdik"

Azərbaycanın qadınlardan ibarət voleybol millisi VI İslam Həmrəyliyi oyunlarında birinci yeri tutmaq üçün əlindən gələni edib.

Futbolxeber.az saytının məlumatına görə, bunu millinin hücumçusu Marqarita Stepanenko Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

O, yarışın gənc voleybolçular üçün təcrübə olduğunu söyləyib: "Gümüş medal qazanmağımız münasibətilə komandamızı təbrik edirəm. Digərləri kimi biz də birinci yeri tutmaq üçün əlimizdən gələni etdik, olmadı, gümüş medal qazandıq. Komandamızda gənc oyunçular da var və bu yarış onlar üçün böyük təcrübə oldu. İnanıram ki, gələcəkdə daha yaxşı nəticələr əldə edəcəyik".

Qeyd edək ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv VI İslam Həmrəyliyi Oyunlarında finalda Türkiyə millisinə 0:3 hesabı ilə uduzub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31