22 Oktyabr 2025, Çərşənbə
Abubakar rəsmən “Neftçi”də
IX turun hakim təyinatları açıqlandı
“Neftçi” 9700 manat cərimələndi
“Qarabağ” İspaniyaya yollandı

Digər idman növləri

Gənclər və İdman Nazirliyi 2024-cü ilin ən yaxşılarını müəyyənləşdirmək üçün səsverməyə başlayıb

Gənclər və İdman Nazirliyi 2024-cü ilin ən yaxşılarını müəyyənləşdirmək üçün səsverməyə başlayıb.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə qurumun mətbuat xidməti açıqlama yayıb.
 
Sorğu 2 mərhələdə keçirilir. İlk mərhələdə səsvermə idman federasiyaları, idman jurnalistləri (Hər KİV-dən bir nəfər) və sosial media izləyiciləri arasında aparılacaq.
 
İkinci mərhələdə isə Gənclər və İdman Nazirliyi yanında Xüsusi Komissiya üzvləri səs verəcəklər.
 
Təqdim edilən hər nominasiya üzrə 5 namizədə səs verilir. Səs vermək üçün namizədin adının qarşısındakı dairədə layiq görüldüyü yer rəqəmlə (1-dən 5-dək) yazılır.
 
Sorğunun obyektivliyi üçün federasiyalar öz idman növlərinin təmsilçilərinə səs verməməlidir. Öz nümayəndələrinə verilən səslər nəzərə alınmayacaq.
 
Hər iki mərhələnin ümumi yekununa əsasən, ən çox səs toplamış ilk üç namizəd qalib elan ediləcək.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31