10 Oktyabr 2025, Cümə
Millimiz Fransaya yollandı
PFL ayın ən yaxşı qollarını açıqladı
"Turan Tovuz"da yeni müqavilə
Emin Mahmudov üçün yubiley

Digər idman növləri

Azərbaycan karateçiləri Belçikaya yollanıblar

Fullkontakt kyokuşin karate üzrə II Avropa Kubokunda iştirak edəcək Azərbaycan millisinin üzvləri Belçikanın Antiverpen şəhərinə yollanıblar.
 
Futbolxeber.az saytının məlumatına görə, yığma turnirdə baş məşqçi Samir Məmmədovun rəhbərliyi altında 8 idmançı ilə mübarizə aparacaq.
 
Mail Abdullayev ölkəmizi hakim qismində təmsil edəcək.
 
Avropa Kubokunda ilk üç yeri tutmuş karateçilər fullkontakt kyokuşin karate üzrə dünya çempionatına lisenziya qazanacaq. Millimiz yarışa Azərbaycan Karate Federasiyasının kontakt karate üslubları üzrə vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında yollanıb.
 
Qeyd edək ki, turnir noyabrın 23-dən 24-dək davam edəcək.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31