6 Oktyabr 2025, Bazar ertəsi
Millimizin heyəti açıqlandı
Berdiyev: “Qələbəyə layiq idik”
Qurban Qurbanov: “3 xal önəmli idi”
"Neftçi" qələbəni əldən verdi

Digər idman növləri

Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında

Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək (U-23) boksçular arasında Avropa çempionatı davam edir.
 
Futbolxeber.az saytının məlumatına görə, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb.
 
51 kq-da mübarizə aparan Nicat Hüseynov ilk görüşündə Skott Riçardsla (Uels) döyüşüb. 1/8 final mərhələsi çərçivəsində baş tutan görüş boksçumuzun 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. Hüseynov 1/4 finalda ispaniyalı Rafael Serrano ilə qüvvəsini sınayacaq.
 
Murad Allahverdiyev də ilk qarşılaşmasını xeyrinə bitirib. O, Aleksey Koktsikava (İBAB) 3:2 (28:29, 29:28, 30:27, 28:29, 30:27) hesabı ilə qalib gəlib. Allahverdiyev 1/4 finalda Matviy Rajba (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək.
 
Qeyd edək ki, Avropa çempionatında kişi boksçular arasında 1/4 final mərhələsinin görüşləri oktyabrın 16-da keçiriləcək.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31