1 Noyabr 2025, Şənbə
"Qarabağ" "İmişli"yə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Kəpəz" 10 min manat cərimələndi

Digər idman növləri

Azərbaycan idmançısı İsveçdə qızıl medal qazandı

Qılıncoynatmanın şpaqa növü üzrə yeniyetmələrdən ibarət milli komandamızın üzvü Vahab Fətullayev İsveçin Örebro şəhərində keçirilən " Örebro Masters – Nordic Championships" beynəlxalq turnirində qızıl medal qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, ölkəmizlə yanaşı İsveç, Norveç, Danimarka, Litva, Estoniya, Kanada, İtaliya, Finlandiya və Yaponiyadan 100-ə yaxın iştirakçının yarışdığı beynəlxalq turnirdə qrup mərhələsini 5 qələbə ilə başa vuran Vahab 17 yaşadək oğlan şpaqaçıların fərdi mübarizəsində pley-offa yüksəlib.

Finala gedən yolda Norveç, Danimarka, Estoniya və İsveçi təmsil edən rəqiblərinə qalib gələn Vahab Fətullayev həlledici qarşılaşmada İsveç təmsilçisi Filip Zimmermana 15:10 hesabı ilə qalib gələrək fəxri kürsünün ilk pilləsində yer alıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30