28 Oktyabr 2025, Çərşənbə axşamı
Millimiz Qazaxıstana qalib gəldi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”
“İkinci hissədə biz daha üstün idik”

Digər idman növləri

Azərbaycanın boks millisi dünya birinciliyinə hazırlığı Özbəkistanda davam etdirəcək

Azərbaycanın gənc boksçulardan ibarət millisi Monteneqronun Budva şəhərində keçiriləcək dünya birinciliyinə hazırlığı Özbəkistanda davam etdirəcək.
 
Futbolxeber.az saytına bu barədə Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
 
Komanda Daşkənd vilayətinin Yanqiabad şəhərində ev sahibləri, Ukrayna, Tacikistan və Belarus millisi ilə təşkil olunacaq məşqlərə 13 boksçu ilə yollanıb.
 
Məşqçilər korpusu hazırlığa Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Ömər Aslanlı (54 kq), Tağı Nəsibov (57 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev (63,5 kq), Ziya Həsənov (71 kq), Abbasqulu Şadlinski (75), Lalə Mədətova (48 kq), Cəmilə Sultanlı (50 kq), Aynur Mikayılova (57 kq), Qızbəs İsgəndər (60 kq) və Emili Rzayevanı (63 kq) cəlb edib.
 
Bu gün başlayacaq toplanış oktyabrın 17-də yekunlaşacaq.
 
Qeyd edək ki, dünya çempionatı oktyabrın 22-dən noyabrın 3-dək keçiriləcək.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31