9 Oktyabr 2025, Cümə axşamı
Millimiz Fransaya yollandı
PFL ayın ən yaxşı qollarını açıqladı
"Turan Tovuz"da yeni müqavilə
Emin Mahmudov üçün yubiley

Digər idman növləri

"Gəncə" bolqarıstanlı oyunçu ilə gücləndi

“Gəncə” voleybol klubu heyətini bolqarıstanlı Nikol Duleva ilə gücləndirib.

Futbolxeber.az saytının klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 23 yaşlı oyunçu 2023/2024 mövsümünü İsveçrənin VFM klubunda keçirib. O, daha əvvəl Fransanın “Stella Calais”, “Romans”, “Vandoeuvre Nancy”, Bolqarıstanın “Kazanlak” və “Rakovski” komandalarının da formasını geyinib.

Qeyd edək ki, Gəncə təmsilçisi buna qədər yerli voleybolçular Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva, Xanım Cəlilova ilə anlaşıb. Klub əcnəbi voleybolçular rusiyalı Anastasiya Atepalina, Mariya Tuşova, tailandlı Tiçakorn Bunlert, ukraynalı Olena Napalkova və braziliyalı Kerolayn Ferreira Perottonu heyətinə qatıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31