4 Avqust 2025, Bazar ertəsi
Joni Montiel rəsmən “Qarabağ”da
Elmar Baxşıyevin möhürü
“Neftçi” AEL-lə heç-heçə oynadı
Andrade: “Xarakter göstərdik”

Digər idman növləri

Taekvandoçumuz finalda məğlub oldu

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov (58 kq) Paris-2024 Yay Olimpiya oyunlarında mübarizəyə başlayıb.
 
Futbolxeber.az saytının məlumatına görə, o, İrlandiya təmsilçisi Cek Uolleylə üz-üzə gəlib. Rəqibinə 2:0 hesabı ilə üstələyən Maqomedov 1/4 finala yüksəlib.
 
Bu mərhələdə onun rəqibi İspaniya idmançısı Adriant Visente Yunta olub və təmsilçimiz qalib (2:0) gələrək yarımfinala yüksəlib.
 
Finala gedən yolda Qaşım Maqomedovun rəqibi Olimpiya çempionu Vito Del-Akvila olub. İtaliyalə rəqibinə 2:0 hesabı ilə qalib gələn taekvabdoçumuz adını finala yazdırıb.
 
Maqomedov finalda Tae Conq Parkla (Koreya) qarşılaşıb. Görüşün əvvəlində taekvandoçumuz zədələnib. Buna baxmayaraq, o, sona kimi mübarizəni davam etdirməyə çalışsa da, yekunda sona yaxın görüşü dayandırmaq məcburiyyətində qalıb. 
 
Beləliklə, finalda məğlubiyyət acısı yaşayan Qaşım Maqomedov Azərbaycana Parisdə növbəti medalı qazandırıb.  Daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Eləcə də boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlib.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31