10 Oktyabr 2025, Cümə
Millimiz Fransaya yollandı
PFL ayın ən yaxşı qollarını açıqladı
"Turan Tovuz"da yeni müqavilə
Emin Mahmudov üçün yubiley

Digər idman növləri

Paris-2024: Bu gün 6 idmançımız yarışacaq

Paris-2024 Yay Olimpiya Oyunları davam edir. 
 
Futbolxeber.az saytının məlumatına görə, Azərbaycanın 6 idmançısı mübarizəyə qoşulacaq. 
 
Cüdo
 
Azərbaycanın medal ümidlərindən olan cüdoçu, dünya çempionu Hidayət Heydərov da tatamiyə bu gün çıxacaq. Mübarizəyə 1/8 finaldan başlayacaq Heydərovun rəqibi Tohar Bitbul (İsrail)-Reduan Masud Dris (Əlcəzair) cütünün qalibi olacaq. 
 
Cüdo yarışları saat 12:00-dan başlanacaq.
 
Badminton
 
Saat 10:30-da badminton (qadınlar, fərdi) yarışlarında 2-ci tur başlanır. Qrupda ilk görüşünü uduzmuş  Keişa Fatimə Zəhra (Azərbaycan) Kirsti Gilmor (Böyük Britaniya) ilə qarşılaşacaq.
 
Saat 22:20-də isə kişilərin fərdi yarışında Edi Reski Dviçayo (Azərbaycan) ilk qrup matçında Kollins-Valentin Filimon (Avstriya) ilə üz-üzə gələcək.
 
Qılıncoynatma
 
Bu gün Azərbaycan qılıncoynadanı Anna Başta da yarışda ilk matçına çıxacaq. O, 1/16 finalda Yanq Henqyu (Çin) ilə görüşəcək. Görüşün təxminən saat 12:25-də başlaması nəzərdə tutulub. 
 
Boks
 
Bu gün boks yarışlarında Azərbaycanın daha 2 boksçusu mübarizəyə qoşulacaq. Əvvəlcə +92 kq çəki dərəcəsində 2 dəfə dünya çempionatının bürünc mükafatçısı Məhəmməd Abdullayev rinqə çıxacaq. 1/8 finalda onun rəqibi Nelvi Tiafak (Almaniya) olacaq. Görüşün saat 14:52-də başlaması nəzərdə tutulur.
 
Bakı vaxtı ilə saat 22:48-də isə daha bir Azərbaycan boksçusu - 63,5 kq. çəki dərəcəsində yarışan Malik Həsənov Laşa Quruli (Gürcüstan) ilə qarşılaşacaq.
 
Xatırladaq ki, Azərbaycan 33-cü Yay Olimpiya Oyunlarına 48 idmançı ilə qatılıb. Onlardan 4-ü (cüdoçular) mübarizəni medal qazanmadan dayandırıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31