28 Oktyabr 2025, Çərşənbə axşamı
Millimiz Qazaxıstana qalib gəldi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”
“İkinci hissədə biz daha üstün idik”

Digər idman növləri

AGF tərəfindən Naxçıvan şəhərinə gimnastika xalçası hədiyyə olunub

Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən regionda gimnastikanın inkişafına növbəti töhfə kimi Naxçıvan şəhərinə 196 kvadratmetrlik bədii gimnastika xalçası hədiyyə olunub.
 
Futbolxeber.az saytının məlumatına görə, avadanlığın çatdırılması və quraşdırılması işləri Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və nəzarəti ilə həyata keçirilib. Xalça idmançıların ixtiyarına bu gün verilib.
 
Nazir səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov şəraitlə yerində tanış olub, eyni zamanda məşqçi, idmançı və valideynlərlə görüşüb.
 
Yaradılan şəraitə görə minnətdarlığını bildirən məşqçi Humay Qafarova idmançıların hazırlıq vəziyyəti və gələcək yarışlar haqqında məlumat verib. Qeyd edib ki, peşəkar gimnastika xalçasının mövcudluğu məşq elementlərinin icrasını asanlaşdıracaq və idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsi üçün daha geniş imkanlar açacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31