22 Oktyabr 2025, Çərşənbə
Abubakar rəsmən “Neftçi”də
IX turun hakim təyinatları açıqlandı
“Neftçi” 9700 manat cərimələndi
“Qarabağ” İspaniyaya yollandı

Digər idman növləri

Bir qadın güləşçimizdən bürünc medal, ikisi finalda

Bakıda güləş üzrə U-23 Avropa çempionatı davam edir.
 
Futbolxeber.az saytının məlumatına görə, Bakı İdman Sarayında keçirilən turnirin 4-cü günündə Azərbaycanın 6 qadın güləşçisi mübarizə aparıb.
 
Elnurə Məmmədova (53 kq) 1/4 finalda belaruslu Viktoriya Volk (6:1), yarımfinalda isə litvalı Laura Stanelite (7:0) üzərində böyükhesablı qələbə qazanıb. O, finalda ukraynalı Liliya Malançukla güləşəcək.
 
Jalə Əliyeva (57 kq) 1/4 finalda bolqarıstanlı Nesrin Süleymanovanı “tuş”la xalçadan məyus yola salıb. Əliyeva gərgin mübarizə şəraitində keçən yarımfinal görüşündə ukraynalı Solomiya Vinnikdən güclü olub – 3:1. Jalə finalda türkiyəli Elvira Kamaloğluyla qarşılaşacaq.
 
Nigar Mirzəzadə (65 kq) təsnifat mərhələsində serbiyalı Maşa Peroviçə uduzub – 1:6.
 
Mərziyə Sadıqova (72 kq) ilk görüşdə yunanıstanlı Eleni Krisikakiyə 7:3 hesabıyla qalib gəlsə də, 1/4 finalda belaruslu Alina Şaçuka məğlub olub – 0:10. Rəqib finala yüksəldiyi üçün Mərziyə sabah bürünc medal uğrunda türkiyəli Bukrenaz Sərtlə mübarizə aparacaq.
 
Ruzanna Məmmədova (59 kq) 1/4 finalda belaruslu Alesiya Hetmanavaya minimal fərqlə məğlub olub – 3:4. Ancaq 17 yaşlı güləşçimiz təsəlliverici görüşdə çexiyalı Anna Mixalkovaya, bürünc medal uğrunda qarşılaşmada isə rumıniyalı Ana Mariya Puiuya “tuş”la qalib gələrək debüt etdiyini U-23 Avropa çempionatında fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
 
Qeyd edək ki, əvvəlki üç gündə Azərbaycan millisinin üzvləri 8 medal qazanıblar. Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq) və Qurban Qurbanov (82 kq) çempion olublar. Nihad Quluzadə (60) gümüş, Ruslan Nurullayev (72 kq), Rəşad Məmmədov (55 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97) isə bürünc medala yiyələniblər.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31