3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Milli Olimpiya Komitəsində (MOK) Baham adaları Olimpiya Komitəsinin ilk qadın vitse-prezidenti, "idmanda qadınlar" təşkilatının sədri və Baham adaları Gimnastika Federasiyasının prezidenti Kora Vaderine Hepburnla görüş olub.

Futbolxeber.az saytının məlumatına görə, qurumun baş katibi Azər Əliyev MOK-un beynəlxalq idman əlaqələrindən danışıb. O, bu əlaqələrin hər zaman yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq, Azərbaycan idmançılarının beynəlxalq arenalarda əldə etdiyi uğurlar barədə də qonağa məlumat verib. Baş katib idmançılarımızın “Paris-2024” Yay Olimpiya Oyunlarına 17 lisenziya qazandığını deyərək bu yaxınlarda ölkə idmanı tarixində qadınlardan ibarət 3x3 basketbol komandamızın da ilk dəfə olimpiadada iştirak etmək hüququ əldə etdiyi vurğulayıb.

Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti Kora Valderine Hepburn isə ikinci dəfə ölkəmizdə olduğunu qeyd edib. Baham adaları Olimpiya Komitəsinin fəaliyyəti barədə məlumat verən qonaq, həmçinin ölkəsini təmsil edən idmançıların da Olimpiadaya lisenziya qazandığını bildirib. O, Baham Olimpiya komandasının Yaponiyadakı nümayəndəliyinin ilk rəhbəri, eyni zamanda “Paris-2024” Yay Olimpiya Oyunlarında da ölkəsinin nümayəndə heyətinin rəhbəri olduğunu diqqətə çatdırıb.

İki ölkə arasında idman sahəsi üzrə qarşılıqlı əməkdaşlığın perspektivlərinin müzakirə olunduğu görüşün sonunda Azər Əliyev Kora Vaderine Hepburna MOK-un xatirə hədiyyəsini təqdim edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31