29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Digər idman növləri

Göygöldə cüdo üzrə Avropa Kuboku keçiriləcək

Azərbaycan növbəti dəfə cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna ev sahibliyi edəcək.
 
Futbolxeber.az saytının məlumatına görə, Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqviminə daxil olan yarış 4-5 mayda yenidən Göygöldə baş tutacaq.
 
Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu bildirib ki, yarışın regionda keçirilməsi cüdonun ölkəmizdə kütləviləşdirilməsi, həmçinin uşaqlar və yeniyetmələr arasında populyarlaşdırılması baxımından mühüm rol oynayır.
 
O, bu yarışın yeniyetmələrdən ibarət milli üzvlərinin öz peşəkarlıqlarını artırmaları, Avropa və dünya birinciliklərində iştirak edəcək heyətin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayacağını vurğulayıb.
 
Qeyd edək ki, turnir bitdikdən sonra yarışda iştirak edəcək ölkələrin idmançılarının iştirakı ilə 6-8 mayda beynəlxalq təlim-məşq toplanışı təşkil ediləcək.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30