29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Digər idman növləri

Azərbaycan boksçusu Avropa birinciliyində 1/4 finala vəsiqə qazanıb

Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyi davam edir. 
 
Futbolxeber.az saytının məlumatına görə, yarışın beşinci günündə Azərbaycan millisinin daha bir idmançısı ilk görüşünü qələbə ilə başa vurub.
 
Zidan Hümbətov Cemi Kollinsdən (İrlandiya) güclü olub. 51 kq çəkidə mübarizə aparan yığma üzvü ilk 2 raundda qələbə qazanıb. Üçüncü raundda isə hakim rəqibini diskvalifikasiya edib və Hümbətov 1/4 finala yüksəlib.
 
Zidan növbəti qarşılaşmasını aprelin 11-də Safari Mohammad Rizaya (İngiltərə) qarşı keçirəcək.
 
Abbasqulu Şadlinski (67 kq) isə 1/8 finalda Arturs Vayslaya (Latviya) uduzub.
 
Qeyd edək ki, Avropa birinciliyinə aprelin 14-də yekun vurulacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30