8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Digər idman növləri

Azərbaycan Reqbi Federasiyasının rəhbər orqanlarına seçkilər keçirilib

Azərbaycan Reqbi Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib.
 
Futbolxeber..az saytının məlumatına görə, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
 
Sonra çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
 
Yığıncaqda Azərbaycan Reqbi Federasiyasının rəhbər orqanlarına seçkilər keçirilib. Röyal Süleymanov Azərbaycan Reqbi Federasiyasının prezidenti seçilib.
 
Həmçinin Ernesto Ferlenq birinci vitse-prezident, Səbuhi Qarayev vitse-prezident, Raqif Hüseynli və Vaqif Səadətxan təşkilatın İdarə Heyətinə üzv seçiliblər.
 
Sonda federasiyanın prezidenti R.Süleymanov, təşkilatın birinci vitse-prezidenti E.Ferlenq və İdarə Heyətinin üzvü Vaqif Səadətxan çıxış edərək, göstərilən etimada görə federasiya üzvlərinə təşəkkür edib və qurumun bundan sonrakı fəaliyyəti, qarşıdakı planları barədə danışıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31